Bakıda hündür mərtəbəli yaşayış binasında yanğın baş verdi

Bakıda hündür mərtəbəli yaşayış binasında yanğın baş verdi

10 Noyabr 2011 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının məlumatına görə, bu gün Bakıda hündür mərtəbəli yaşayış binasında yanğın olub. Hadisə Bakı şəhəri, Nəsimi rayonunda qeydə alınıb. 15 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən 15-ci mərtəbəyə qədər şaxtadan keçən elektrik kabellərinin 60 p.m hissəsi yanıb. Yaxınlıqdakı mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Yanğın arzuları yandırır, kədərin közü və yalnız özü qalır...

Hafiz Əhmədov

O.M.