Azərbaycanda 09 noyabrın kriminal xronikası

Azərbaycanda 09 noyabrın kriminal xronikası

10 Noyabr 2011 13:15
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 28 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınmış, onların da 13-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 15 nəfər yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.

Şamaxı rayonunun Qızmeydan kənd sakini Nikolay Beloqurova məxsus evdə yanğın baş vermişdir

09.11.2011

Noyabrın 9-da saat 20.00 radələrində Şamaxı rayonunun Qızmeydan kəndində, kənd sakini Nikolay Beloqurova məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra isə ev sahibinin oğlu - Nikolayın yanmış meyiti tapılmışdır.

Bakı şəhər sakini Mirağa İsmayılov xuliqanlıq zəminində Məqsəd Cəbrayılova bıçaqla xəsarət yetirmişdir

09.11.2011

Noyabrın 8-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Mirağa İsmayılov xuliqanlıq zəminində Məqsəd Cəbrayılova üz nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. M.Cəbrayılov Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən tutulmuşdur.

Mobil telefon oğurlamış Bakı şəhər sakini Yusif Məmmədov tutulmuşdur

09.11.2011

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də Könül Məmmədovaya məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Yusif Məmmədov tutulmuşdur.

Axtarışda olan İlqar Əliyev tutulmuşdur

09.11.2011

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının CM-nin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İlqar Əliyev tutulmuşdur.

Sabunçu rayonu ərazisində yaşayan Gülpəri Allahverdiyev və Könül Rəhimova dəm qazından boğulmuşlar

09.11.2011

Noyabrın 9-da Sabunçu rayonu ərazisində yeni tikilmiş evlərdən birində yaşayan Gülpəri Allahverdiyev və Könül Rəhimova dəm qazından boğulmuşlar.

Sumqayıt şəhərində yaşayan Lalə Qasımova dəm qazından zəhərlənmişdir

09.11.2011

Noyabrın 9-da Sumqayıt şəhərində yaşayan Lalə Qasımova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Qobu qəsəbə sakini Türkan İsayeva dərmandan, Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində yaşayan Şəhruz Quliyev dəm qazından zəhərlənmişdir

09.11.2011

Noyabrın 9-da Abşeron rayonunun Qobu qəsəbə sakini Türkan İsayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
Noyabrın 9-da Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində yaşayan Şəhruz Quliyev evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Ən etibarlı dost dəli şeytan deyil, məntiqdir...

Sərvər Aslanov

O.M.