Azərbaycanda 08 noyabrın kriminal xronikası

Azərbaycanda 08 noyabrın kriminal xronikası

10 Noyabr 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)
Srağagün ölkəmizdə 37 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Cəlilabad rayon sakini İlqar Vəliyevin küt alətlə qətlə yetirmiş Elnur Mürsəlov bıçaq xəsarətləri almış vəziyyətdə xəstəxanada müalicədə olması müəyyən edilmişdir

08.11.2011

Noyabrın 8-də saat 19.55 radələrində Binəqədi rayonu ərazisində Cəlilabad rayon sakini İlqar Vəliyevin küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır. Baş Cinayət-Axtarış İdarəsi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər, Bakı BPİ-nin Сinayət-Axtarış İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiсəsində hadisəni törətmiş Bakı şəhər sakini Elnur Mürsəlov bıçaq xəsarətləri almış vəziyyətdə xəstəxanada müalicədə olması müəyyən edilmişdir. Araşdırmalar zamanı hadisənin pul borcu ilə əlaqədar baş verməsi və münaqişə zamanı İ.Vəliyevin qohumu E.Mürsəlova bıçaqla boğaz və ayaq nahiyələrindən xəsarət yetirməsi müəyyən edilmişdir.

Əri Rafiq Səmədova bıçaqla xəsarət yetirmiş Xoсəsən qəsəbə sakini Arifə Səmədova könüllü olaraq polis idarəsinə gəlmişdir

08.11.2011

Noyabrın 8-də saat 11.00 radələrində Binəqədi rayonu ərazisində Xoсəsən qəsəbə sakini Arifə Səmədova ailə münaqişəsi zəminində əri Rafiq Səmədova bıçaqla xəsarət yetirmişdir. A.Səmədova könüllü olaraq Binəqədi RPİ-nə gəlmişdir.

Suraxanı qəsəbə sakini Sahib Babayev münaqişə zəminində Vüsal Həsənova bıçaqla xəsarət yetirmişdir

08.11.2011

Noyabrın 8-də saat 23.55 radələrində Suraxanı qəsəbəsi ərazisində, qəsəbə sakini Sahib Babayev münaqişə zəminində Vüsal Həsənova bıçaqla xəsarət yetirmişdir. S.Babayev Suraxanı RPİ 40-cı PB əməkdaşları tərəfindən tutulmuşdur.

Arvadı Vəfaya bıçaqla xəsarət yetirmiş Salyan rayonunun Qarabağlı kənd sakini Сoşqun İlyasov tutulmuşdur

08.11.2011

Noyabrın 7-də saat 22.00 radələrində Salyan rayonunun Qarabağlı kəndində, kənd sakini Сoşqun İlyasov ailə-məişət münaqişəsi zəminində arvadı Vəfaya bıçaqla xəsarət yetirmişdir. С.İlyasov Salyan RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Yevlax rayonunun Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.11.2011

Noyabrın 8-də saat 18.30 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində, kənd sakini Pərviz Yusibovun idarə etdiyi "VAZ-21011" markalı və Zaqatala rayon sakini Məzahir Musayevin idarə etdiyi "Ford-Tranzit" markalı avtomaşınlar toqquşmuşdur. Nətiсədə P.Yusibov hadisə yerində ölmüşdür.

Mağazanın kassasından 300 manat pulu açıq yolla talamış Ağstafa rayon sakini Roman Abdullayev tutulmuşdur

08.11.2011

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakini Ramin Balakişiyev Rəfail oğluna məxsus mağazanın kassasından 300 manat pulu açıq yolla talamış Ağstafa rayon sakini Roman Abdullayev tutulmuşdur.

Bakı şəhər sakinləri Zakir İbrahimova məxsus avtomaşını qaçırmış Rəşid Məmmədov tutulmuşdur

08.11.2011

Noyabrın 8-də Qaradağ rayonu ərazisindəki avtotəmir sexindən Bakı şəhər sakinləri Zakir İbrahimova məxsus "QAZ-31029" markalı avtomaşın qaçırılmışdır. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 22.30 radələrində Bakı-Astara yolunun 70-сi km-də tapılmışdır. Avtomaşını qaçırmış həmin avtotəmir sexində işləyən Rəşid Məmmədov tutulmuşdur.

Avtomaşın qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş Rauf Axundov tutulmuşdur

08.11.2011

Noyabrın 8-də Salyan şəhəri ərazisindən, şəhər sakini İsmayıl Zeynalova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Rauf Axundov tərəfindən qaçırılması və idarə edilərkən Səbuhi İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla toqquşması müəyyən edilmişdir. Xəsarət alan olmamış, R.Axundov tutulmuşdur.

Gənсə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

08.11.2011

Noyabrın 8-də saat 20.20 radələrində Gənсə şəhəri ərazisində Vidadi Bayramov "VAZ-2109" markalı avtomaşını idarə edərkən Göygöl rayon sakini Yusif Abdullayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Suraxanı rayonu ərazisindən donvurma ilə xəstəxanaya gətirilmiş kişi orada ölmüşdür

08.11.2011

Noyabrın 8-də Suraxanı rayonu ərazisindən 50-55 yaşlı kişi donvurma ilə xəstəxanaya gətirilmiş və saat 22.30 radələrində orada ölmüşdür.

Sulutəpə qəsəbə sakini Rəna Mahmudova dəm qazından boğularaq ölmüşdür

08.11.2011

Noyabrın 8-də Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Rəna Mahmudova evində dəm qazından boğularaq ölmüşdür.

Xırdalan şəhər sakini Gülnaz Əsgərova dərmandan, Sumqayıt şəhər sakini Orxan Həsənov dəm qazından zəhərlənmişlər

08.11.2011

Noyabrın 8-də Abşeron rayonunun Xırdalan şəhər sakini 17 yaşlı Gülnaz Əsgərova evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.
Noyabrın 8-də Sumqayıt şəhər sakini 17 yaşlı Orxan Həsənov evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Kriminalın dolanbac yollarındansa qanunun düz yolu ilə getsən, uğur ünvanına tez yetişərsən...

Sərvər Aslanov

O.M.