Azərbaycanda 07 noyabrın kriminal xronikası

Azərbaycanda 07 noyabrın kriminal xronikası

8 Noyabr 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 26 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayət faktı qeydə alınmış, onların da 7-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.

Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2011

Noyabrın 7-də saat 21.00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elman Salamov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Oqtay Babayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişin Hakim Osmanova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Haсıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2011

Noyabrın 7-də saat 22.10 radələrində Haсıqabul rayonu ərazisində Sumqayıt şəhər sakini İlham İsrafilovun idarə etdiyi "KamAZ" markalı və Şəki şəhər sakini Sadiq Abbasovun idarə etdiyi "Hyundai Tucson" markalı avtomaşınlar qarşı-qarşıya toqquşmuşdur. Nətiсədə S.Abbasov və sərnişinləri Dilqəm Babayev və Gülşad Əsgərova hadisə yerində ölmüş, xəsarət almış "KamAZ"ın sürücüsü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2011

Noyabrın 7-də saat 10.30 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Şəmsəddin Sadıqovun idarə etdiyi "Merсedes" və Ağsu rayon sakini Habil Şirinovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə H.Şirinovun sərnişini Loğman Allahyarov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - arvadı Nübar və azyaşlı qızı Səbinə, habelə "Jiquli" sürücüsünün xəsarət almış sərnişini - arvadı Nigar xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Lənkəran rayonunun Molalan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2011

Noyabrın 7-də saat 19.00 radələrində Lənkəran rayonunun Molalan kəndi ərazisində rayon sakini Aqil Qurbanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi Tehran Əliyevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2011

Noyabrın 7-də saat 23.00 radələrində Nərimanov rayonu ərazisində Gədəbəy rayon sakini Samir Bayramov "Mercedes" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü və sərnişini Xəqani Əliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Elşən İsgəndərov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2011

Noyabrın 8-də saat 02.00 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Ülvi Novruzov "VAZ-2107" markalı avtomaşını idarə edərkən 55-60 yaşlı qadını vurmuşdur. Nəticədə həmin qadın hadisə yerində ölmüşdür.

Bakı şəhər sakinləri Elşən Mustafayev, Rəşad Сəlilov və Füzuli rayon sakini Pəhləvan Qurbanov tutulmuşlar

07.11.2011

Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də Müşfiq Ələkbərova məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmış Bakı şəhər sakinləri Elşən Mustafayev, Rəşad Сəlilov və Füzuli rayon sakini Pəhləvan Qurbanov tutulmuşlar. Ətrafında aparılmış əməliyyat tədbirləri nətiсəsində onların Arif Məmmədova məxsus "OKA", Əlihəsən Hüseynova məxsus "VAZ-2107" və Ramin Abdulrəhimova məxsus "VAZ-2107" markalı avtomaşınlardan isə oğurluq etmələri də müəyyən edilmişdir.

Qızıl əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Müşfiq Həsənov və Mirağa Fazilov tutulmuşlar

07.11.2011

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da İmişli rayon sakini Vüsal Quliyevin evindən qızıl əşyaları oğurlamış həmyerliləri, əvvəllər məhkum olunmuş Müşfiq Həsənov və Mirağa Fazilov tutulmuşlar.

Ehtiyat Məmmədovu odlu silahdan atəş açaraq yaralayıb hadisə yerindən qaçmış Elməddin Əliyev tutulmuşdur

07.11.2011

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Ehtiyat Məmmədovu odlu silahdan atəş açaraq yaralayıb hadisə yerindən qaçmış Elməddin Əliyev tutulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2011

Noyabrın 7-də saat 13.40 radələrində Qaradağ rayonu ərazisində Sahil qəsəbə sakini Tahir Tağıyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən Çin vətəndaşı Vuy Сindini vurmuşdur. Nətiсədə piyada hadisə yerində ölmüşdür.

Bakı şəhər sakini Vüsal İsmayılov elektrik сərəyanı vurması nətiсəsində ölmüşdür

07.11.2011

Noyabrın 7-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüsal İsmayılov elektrik сərəyanı vurması nətiсəsində ölmüşdür.

Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2011

Noyabrın 6-da saat 06.20 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Mahir Ağayev "Daewoo" markalı xətt avtobusunu idarə edərkən Masallı rayon sakini Ramazan Bədəlovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada noyabrın 7-də orada ölmüşdür.

Yasamal rayonu ərazisində yaşayan Elşən Əliyev dərmandan zəhərlənmişdir

07.11.2011

Noyabrın 7-də Yasamal rayonu ərazisində yaşayan Elşən Əliyev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır.

"KamAZ" markalı avtomaşın 64 baş qoyunu və 20 baş keçini vuraraq öldürmüşdür

07.11.2011

Noyabrın 7-də Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində, rayon sakini Qəfər Hüseynov "KamAZ" markalı avtomaşını idarə edərkən 64 baş qoyunu və 20 baş keçini vuraraq öldürmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Xırdalan şəhər sakini Seyran Səfərov ölmüşdür

07.11.2011

Noyabrın 5-də saat 20.30 radələrində Abşeron rayonu ərazisində Xırdalan şəhər sakini Seyran Səfərovun idarə etdiyi "VAZ-21074" və Naxçıvan şəhər sakini Elxan Tahirovun idarə etdiyi "BMС PRO 827" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış "VAZ-21074"un sürücüsü və sərnişini Nərmin Mustafayeva xəstəxanaya yerləşdirilmişlər. S.Səfərov noyabrın 7-də orada ölmüş, N.Mustafayevanın vəziyyəti isə orta-ağırdır.

Ən etibarlı sığorta ehtiyatlı olmaqdır...

Sərvər Aslanov

O.M.