Füzuli rayonunda daşla dolu yük maşını qoyun sürüsünü vurdu

Füzuli rayonunda daşla dolu yük maşını qoyun sürüsünü vurdu

8 Noyabr 2011 18:45
Bəyəndim (0) Bəyənmədim (0)

Füzuli rayonunda "KamAZ" markalı yük maşını qəza törədib. Şahidlərin ifadələrinə görə, rayonun Qaraxanbəyli kənd sakini Qafar Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını Divanalılar kənd sakini Nuru Nuriyevin otardığı qoyun sürüsünü vurdu. Nəticədə 80 baş qoyun, 20 baş keçi tələf oldu. Daşla yüklü olan maşınının əyləc sistemi işləmədiyindən sürücü sürətlə hərəkət edən "KamAZ"ı saxlaya bilməmişdi. Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qoyun insanın səhvinə qurban getdi...

Sərvər Aslanov

O.M.