Göyçayda şadlıq evinin işçisini cərəyan vurdu

Göyçayda şadlıq evinin işçisini cərəyan vurdu

8 Noyabr 2011 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Göyçay rayonunda toyda bədbəxt hadisə baş verdi. Dünən axşam saat 22.00 radələrində rayondakı şadlıq evlərindən birində şadlıq evinin işçisi, Göyçay rayonunun Hacıalı kənd sakini, 1962-ci il təvəllüdlü Həmidov Aydəniz Mirələm oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişdi. Məlumata görə, şadlıq evində toy keçirilən zaman elektrik enerjisi kəsilib, bu zaman generatoru işə salmaq istəyən A.Həmidov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Nə etmək olar ki, toyla vay qardaşdır...

Hafiz Əhmədov

O.M.