Hacıqabulda avtomobil qəzasında 4 nəfər öldü

Hacıqabulda avtomobil qəzasında 4 nəfər öldü

7 Noyabr 2011 23:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün axşam saat 22.30 radələrində Bakı-Qazax avtomobil yolunda, Hacıqabul rayonunun Muğan kəndi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib. "Hyundai Tucson" markalı 90 CX 591 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt sakini 1973-cü il təvəllüdlü İsrafilov İlham Müseyib oğlunun idarə etdiyi "KAMAZ" markalı 50 AC 214 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Hyundai Tucson" markalı avtomobildə olan 5 nəfər hadisə yerində dünyasını dəyişib. "KAMAZ" markalı avtomobilin sürücüsü Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Hərənin öz yolu, öz sürəti olmalıdır...

Hafiz Əhmədov

O.M.