Lənkəran-Lerik yolunda piyadanı maşın vurub öldürdü

Lənkəran-Lerik yolunda piyadanı maşın vurub öldürdü

7 Noyabr 2011 22:17
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Şəhər Polis Şöbəsinin (ŞPŞ) növbətçi hissəsindən verilən məlumata görə, hadisə noyabrın 7-də saat 19.00 radələrində Lənkəran-Lerik şose yolunun Rvo kəndi ərazisində qeydə alınıb. Lənkəranın Əşlə kənd sakini, 1989-cu il təvəllüdlü Aqil Ələmşah oğlu Qurbanovun idarə etdiyi "VAZ-2106" markalı 04 BA 073 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən piyada, Lənkəranın Rvo kənd sakini, 1957-ci il təvəllüdlü Tehran Atakişi oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törətmiş sürücü polis tərəfindən saxlanılıb.
Fakla bağlı Lənkəran ŞPŞ-də cinayət işi aşılıb, araşdırma aparılır.

Vaxtında dayanmağı bacarmayan başqası ilə toqquşar...

Hafiz Əhmədov

O.M.