Bakı-Şamaxı yolunda 2 avtomobil toqquşdu

Bakı-Şamaxı yolunda 2 avtomobil toqquşdu

7 Noyabr 2011 19:03
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisədə 1 nəfər öldü, 5 nəfər yaralandı

Bu gün saat 11:00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 37,5-ci kilometrliyində, Abşeron rayonu ərazisində 2 avtomobil toqquşub. Nəticədə, 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Laçın rayon sakini, 1959-cu il təvəllüdlü Sadıqov Şəmsəddin Rza oğlunun idarə etdiyi 10-TF-632 dövlət nömrə nişanlı "Mercedes ML" markalı minik maşını qarşı tərəfdən hərəkət edən Ağsu rayon sakini, 1970-ci il təvəllüdlü Şirinov Habil Tarix oğluna məxsus 24-BE-032 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "Mercedes"in sərnişini, 1961-ci il təvəllüdlü Sadıqova Nigar Eldar qızı, "VAZ 2107"-nin sərnişinləri, 1985-ci il təvəllüdlü Allahverdiyeva Nübar Oqtay qızı və 2002-ci il təvəllüdlü Allahverdiyeva Səbinə Loğman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, Ağsu sakini 1979-cu il təvəllüdlü Allahverdiyev Loğman Kamil oğlu dünyasını dəyişib.
Faktla bağlı BDYPİ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Yollar buz bağlasa da, diqqət donmamalıdır...

Hafiz Əhmədov

O.M.