Azərbaycanda 05 noyabrın kriminal xronikası

Azərbaycanda 05 noyabrın kriminal xronikası

7 Noyabr 2011 14:30
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 45 cinayət faktı qeydə alınmışdır

05.11.2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 14-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.

5 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

Noyabrın 4-də F.Dadaşovu qətlə yetirib hadisə yerindən qaçmış Ə.Şıxəliyev tutulmuşdur

05.11.2011

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Fərəc Dadaşovu qətlə yetirib hadisə yerindən qaçmış Əhmədağa Şıxəliyev tutulmuşdur.

Noyabrın 3-də Şərur rayon sakini E.Zeynalovun evindən oğurluqda şübhəli bilinən A.Abdullayev tutulmuşdur

05.11.2011

Şərur RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də Elbəyi Zeynalovun evindən 45.000 manatını oğurlamaqda şübhəli bilinən Kosacan kənd sakini Asəf Abdullayev tutulmuşdur.

"Binə" ticarət mərkəzində Bakı şəhər sakini S.Niftəliyevə məxsus malı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Bağırov tutulmuşdur

05.11.2011

Noyabrın 4-də "Binə" ticarət mərkəzində Bakı şəhər sakini Samir Niftəliyevə məxsus 24 cüt ayaqqabı naməlum şəraitdə oğurlanmışdır.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Bağırov tutulmuşdur.

Noyabrın 4-də T.Teymurovanın evindən qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini B.Əmirəliyev tutulmuşdur

05.11.2011

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Tünzalə Teymurovanın evindən qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Balaqardaş Əmirəliyev tutulmuşdur.

İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.11.2011

Noyabrın 4-də saat 18.20 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində kənd sakini Musa Qasımovun idarə etdiyi "VAZ-21011" markalı, İsmayıllı kənd sakini Nazim Yusifovun idarə etdiyi "Ural" markalı və İsmayıllı rayon sakini Samir İsmayılovun idarə etdiyi "VAZ-2109" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Qasımov hadisə yerində ölmüş, sərnişini Kürdmaşı kənd sakini Xəyal Hüseynov, habelə S.İsmayılovun sərnişini, Təzəkənd kənd sakini Rəsmiyyə Şərifova xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Lökbatan qəsəbəsinin ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur

05.11.2011

Noyabrın 5-də saat 02.00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində Bakı şəhər sakini İnqilab Cavadovun idarə etdiyi "VAZ-2107" markalı və Cəlilabad rayon sakini Peyman Muradovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və İ.Cavadovun sərnişinləri, Bakı şəhər sakinləri Eyvaz Əliyev və Rüfət Mehdiyev, habelə P.Muradovun sərnişinləri Cəlilabad rayon sakinləri Murad Şükürov və Həsən Quliyev xəstəxanaya yerləşdirilmişlər.
P.Muradova, M.Şükürova və H.Quliyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Ağdaş rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Naftalan şəhər sakini E.Məmmədov vurulmuşdur

05.11.2011

Noyabrın 5-də saat 19.15 radələrində Ağdaş rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Naftalan şəhər sakini Elçin Məmmədov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölmüşdür.
DİN BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İmişli rayonu ərazisində rayon sakini E.Süleymanov idarə etdiyi avtomaşını aşırmışdır

05.11.2011

Noyabrın 6-da saat 01.00 radələrində İmişli rayonu ərazisində rayon sakini Elməddin Süleymanov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Süleymanov orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini V.Qibovskiy vurulmuşdur

05.11.2011

Noyabrın 5-də saat 17.30 radələrində Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Vladislav Qibovskiy vurulmuşdur. Nəticədə xəsarət almış V.Qibovskiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Suraxanı rayonu Zığ yolunda müəyyən edilməmiş avtomaşınla Kürdəmir rayon sakini V.Mustafayev vurulmuşdur

05.11.2011

Noyabrın 5-də saat 22.40 radələrində Suraxanı rayonu Zığ yolunda müəyyən edilməmiş avtomaşınla Kürdəmir rayon sakini Vüqar Mustafayev vurulmuşdur. Nəticədə xəsarət almış V.Mustafayev xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Gəncə şəhərinin ərazisində müəyyən edilməmiş avtomaşınla Samux rayon sakini İ.Əsədli vurulmuşdur

05.11.2011

Noyabrın 5-də saat 21.00 radələrində Gəncə şəhərinin ərazisində müəyyən edilməmiş avtomaşınla Samux rayon sakini İzzət Əsədli vurulmuşdur. Nəticədə xəsarət almış İ.Əsədli xəstəxanaya yerləşdirilmişdir.
Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla rayon sakini N.Əliyev vurulmuşdur

05.11.2011

Noyabrın 5-də saat 21.30 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Nofəl Əliyev vurulmuşdur. Nəticədə xəsarət almış N.Əliyev xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sumqayıt şəhər sakini A.Həsənova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdir

05.11.2011

Noyabrın 4-də Sumqayıt şəhər sakini Afət Həsənova evindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdir.

Qanunən hər bir insan azadlıqda yaşamalıdır. Amma təəssüf ki, istisnalar da olur...

Hafiz Əhmədov

O.M.