Azərbaycanda 06 noyabrın kriminal xronikası

Azərbaycanda 06 noyabrın kriminal xronikası

7 Noyabr 2011 15:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 24 cinayət faktı qeydə alınmışdır

06.11.2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayət faktı qeydə alınmış, onların da 12-si "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

3 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 10 nəfər tutulmuşdur.

Ailə münaqişəsi zəminində nənəsini bıçaqla qətlə yetirmiş Suraxanı rayon sakini A.Şakirov tutulmuşdur

06.11.2011

Noyabrın 6-da Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Aleksandr Şakirov ailə münaqişəsi zəminində nənəsi Lyudmila Yefimovanı bıçaqla qətlə yetirmişdir.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şakirov tutulmuşdur.

Sumqayıt şəhərində yaşayan Türkiyə vətəndaşı Ə.Şener ailə münaqişə zəminində qayınatası və qayınanasını qətlə yetirmiş, digər üç qohumuna xəsarət yetirib hadisə yerindən qaçmışdır

06.11.2011

Noyabrın 6-da saat 08.50 radələrində Sumqayıt şəhəri "Yaşıldərə" bağlar sahəsində yeni tikilmiş evlərdən birində yaşayan Türkiyə vətəndaşı Şener Əjdər Mustafa oğlu ailə münaqişə zəminində bıçaqla qayınatası Əziz Soltanovu və qayınanası İntizarı qətlə yetirmiş, arvadı Günelə, qayını Ramala və baldızı Aynurəyə isə xəsarət yetirib hadisə yerindən qaçmışdır.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Sumqayıt ŞPİ tərəfindən aparılır.

Noyabrın 4-ü və 5-də O.İsazadəyə və O.Mehdiyevə qarşı quldurluq etməkdə şübhəli bilinən K.Qocayev və M.Yusifov tutulmuşlar

06.11.2011

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Orxan İsazadəni bıçaqla hədələyərək mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi və digər əşyaları olan çantasını, noyabrın 4-də isə Orxan Mehdiyevə qarşı zor tətbiq edərək 3 manat pul və mobil telefonunu onlardan almaqda şübhəli bilinən Bakı şəhər sakini Kənan Qocayev və Gürcüstan vətəndaşı Məhəmməd Yusifov tutulmuşlar.

Goranboy rayonu ərazisində "VAZ-2106" və "Wolksvagen-Passat" markalı avtomaşınlar toqquşmuşdur

06.11.2011

Noyabrın 6-da saat 13.00 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Yevlax rayon sakini Vüsal Quliyevin idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Elmar Nəsirlinin idarə etdiyi "Wolksvagen-Passat" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə V.Quliyev və sərnişinləri Tovuz rayon sakinləri Rüstəm Məmmədov, Vasif Aslanov, Babək Məmmədov və Səyyah İsayev hadisə yerində ölmüş, xəsarət almış E.Nəsirli isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Zərdab rayonu ərazisində rayon sakini A.Alıyev idarə etdiyi avtomaşınla iki piyadanı vurmuşdur

06.11.2011

Noyabrın 6-da saat 19.00 radələrində Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində Şahhüseynli kənd sakini Ağaməhəmməd Alıyev idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla qəsəbə sakinləri Qızbəs Mikayılovanı və İlhamə Mikayılovanı vurmuşdur. Nəticədə xəsarət almış Qızbəs və İlhamə xəstəxanaya yerləşdirilmişlər. Qızbəs orada ölmüşdür.

Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

İmişli rayonu ərazisində rayon sakini E.Süleymanov idarə etdiyi avtomaşını aşırmışdır

06.11.2011

Noyabrın 6-da saat 01.00 radələrində İmişli rayonu M.Əzizbəyov küçəsində rayon sakini Elməddin Süleymanov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını aşırmışdır. Nəticədə E.Süleymanov hadisə yerində ölmüş, xəsarət almış sərnişini İmişli rayon sakini Babək Əmənov isə xəstəxanaya yerləşdirilmişdir.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini X.Baxışova vurulmuşdur

06.11.2011

Noyabrın 6-da saat 10.40 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Xədicə Baxışova vurulmuşdur. Nəticədə xəsarət almış X.Baxışovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Suraxanı rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla rayon sakini S.Primova vurulmuşdur

06.11.2011

Noyabrın 6-da saat 21.15 radələrində Suraxanı rayonu Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Sima Primova vurulmuşdur. Nəticədə xəsarət almış S.Primovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Yasamal rayonunda yaşayan G.Adıgözəlova dəm qazından boğulmuşdur

06.11.2011

Noyabrın 6-da Yasamal rayonu Şərifzadə küçəsində yaşayan Gülsüm Adıgözəlova mənzilində dəm qazından boğulmuşdur.

Suraxanı rayonunda yaşayan B.Bağışov su hovuzuna düşərək boğulmuşdur

06.11.2011

Noyabrın 6-da Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Bağış Bağışov həyətindəki su hovuzuna düşərək boğulmuşdur.

Gəncə şəhərində yaşayan N.İmanova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdir

06.11.2011

Noyabrın 6-da Gəncə şəhərində yaşayan Nailə İmanova evindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdir.

Salyan rayon sakini K.Məmmədovu elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

06.11.2011

Noyabrın 6-da Salyan rayonunun Seyidsadıqlı kəndində kənd sakini Kazımxan Məmmədovu evində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Qurban bayramında kimiləri ehtiyatsızlığın, kimiləri nəfsinin, kimiləri isə taleyin qurbanı oldular...

Sərvər Aslanov

O.M.