Moskvada azərbaycanlı iş adamını döyüb qarət etdilər

Moskvada azərbaycanlı iş adamını döyüb qarət etdilər

6 Noyabr 2011 14:34
Bəyəndim (0) Bəyənmədim (0)
Artıq 28 yaşlı Azərbaycan sakini şübhəli şəxs qismində saxlanılıb

Moskvada naməlum şəxslər azərbaycanlı iş adamının üstünə hücuma keçərək, 500 min rublunu, Nissan Teana və Lincoln Navigator avtomobillərini oğurlayıblar. Gazeta.ru-nun yerli hüquq mühafizə orqanlarına istinadən yaydığı xəbərdə bildirilir ki, 03 noyabr günü 00:30 radələrində polisə 32 yaşlı moskvalı xanım zəng vurub. O, 34 yaşlı görüşdüyü kişinin 5 nəfər tərəfindən qarət olduğunu bildirib. Xanımın bildirdiyinə görə, hadisə Podolsk şəhərindəki evlərinin yaxınlığında baş verib. Qarətçilər iş adamını döyərək, ona məxsus yarım milyon rublu, Nissan Teana, Lincoln Navigator avtomobillərini və avtomobillərə aid sənədləri oğurlayıblar. Bir sutkadan sonra evinə qayıdan iş adamı müstəntiqlərə ifadəsində bildirib ki, oğrular onu qara rəngli Range Rover Vogue maşınında Lıtkarinski rayonuna aparıblar. Boş qəbrin yanında gicgahına tapança dirəyərək ondan bir milyon rubl tələb ediblər. Polis artıq bir nəfər 28 yaşlı Azərbaycan sakinini şübhəli şəxs qismində saxlayıb.

Paxıllıq ancaq paxılı məhv edir...

Hafiz Əhmədov

O.M.