Qubada 22 yaşlı oğlan özünü asıb

Qubada 22 yaşlı oğlan özünü asıb

5 Noyabr 2011 20:26
Bəyəndim (0) Bəyənmədim (0)
Ruhi-əsəb xəstəliyindən əziyyət çəkən cavan elektrik naqili ilə özünü öldürüb

Bu gün Quba rayonunda cavan oğlan özünü asıb. ANS PRESS-in verdiyi məlumata görə, saat 16:00 radələrində Qubanın İspik yolu adlanan yaşayış massivində 12 iyun 1989-cu il təvəllüdlü Abbas Nəriman oğlu İsgəndərov yaşadığı ünvanda özünə sui-qəsd edib.

Quba Rayon Prokurorluğunun köməkçisi Samir İsmayılovun verdiyi məlumata görə, Bakı şəhərində qeydiyyatda olan A. İsgəndərov Qubanın İspik yolu adlanan yaşayış massivində yerləşən yarımtikilidə elektrik naqili ilə özünü asaraq öldürüb.
Prokuror köməkçisi bildirib ki, mərhum A. İsgəndərov Bakı şəhər 2 saylı Ruhi-əsəb Xəstəxanasında qeydiyyatda olub və ruhi xəstəlikdən əziyyət çəkirmiş: "Mərhum Abbas İsgəndərov Bakıdakı özəl ali təhsil məktəblərinin birində təhsil alırmış. Xəstəliyinə görə də oxuduğu universitetdən möhlət alıbmış".
Mərhumun qohumlarının sözlərinə görə, A. İsgəndərov ruhi-əsəb xəstəliyindən müalicə olunduğu üçün onu heç vaxt tək buraxmırdılar. Amma sonuncu dəfə o gözdən yayınıb və bu, onun öz həyatına son qoymaqla nəticələnib.
Hazırda Quba Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb, istintaq gedir.

O.M.