ABŞ-da yuvaları dağıdılan yarım milyon arı soyuqdan ölüb

ABŞ-da yuvaları dağıdılan yarım milyon arı soyuqdan ölüb

31 Dekabr 2017 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da vandallar 50-yə yaxın yuvanı dağıdaraq yarım milyon arının soyuqdan ölməsinə səbəb olublar.

"Report" xəbər verir ki, bu barədə məlumatı dekabrın 31-ə keçən gecə CBS-in yerli filialı yayıb.

Arı təknələrinin sahibi biznesinin məhv olmasından şikayətlənib.

Bildirilir ki, vandallar yaxşı hazırlıqlı olublar – onlar yuvaları müşahidə edən videokameranı özləri ilə aparıblar.