Rusiyanı təşvişə salan şəxs ələ keçdi

Rusiyanı təşvişə salan şəxs ələ keçdi

30 Dekabr 2017 21:00
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda mağazalardan birində partlayış törədən şəxsi yaxalayıb.

Bu barədə RİA məlumat yayıb.

"FTX tərəfindən 30 dekabr 2017-ci il tarixində aparılan əməliyyat-axtarış tədbirləri zamanı dekabrın 27-də Sankt-Peterburq şəhərində "Perekryostok" mağazasında törədilmiş partlayışın bilavasitə təşkilatçı və icraçısı saxlanılıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 27 dekabrda sözügedən mağazada əldəqayırma bomba partlayıb.

Partlayış nəticəsində 18 nəfər yaralanıb.

Rusiya Prezidenti Putin hadisəni terakt olaraq dəyərləndirib.axar.az