Azərbaycanda 04 noyabrın kriminal xronikası

Azərbaycanda 04 noyabrın kriminal xronikası

5 Noyabr 2011 17:30
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 43 cinayət faktı qeydə alınmışdır

04.11.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.

9 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 11 nəfər tutulmuşdur.

Bakı şəhər sakini Əhmədağa Şıxəliyev Fərəc Dadaşovu bıçaqla qətlə yetirmişdir

04.11.2011

Noyabrın 4-də saat 17.00 radələrində Yasamal rayonu ərazisində - Vidadi küçəsindəki 33 nömrəli evdə şəhər sakinləri Əhmədağa Şıxəliyev münaqişə zəminində Fərəc Dadaşovu bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yasamal RPİ tərəfindən aparılır.

Bakı şəhər sakini Heydər Dadaşov tapançadan atəş açaraq Kamal Ocaqverdiyevə xəsarət yetirmişdir

04.11.2011

Noyabrın 4-də saat 10.00 radələrində Böyükşor-Lokomotiv Deposuna gəlmiş Bakı şəhər sakini 77 yaşlı Heydər Dadaşov tapançadan atəş açaraq oranın rəisi 67 yaşlı Kamal Ocaqverdiyevə xəsarət yetirmişdir. K.Ocaqverdiyev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. H.Dadaşov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən tutulmuş, ondan 1 ədəd "Makarov" tipli tapança götürülmüşdür. Araşdırmalar zamanı H.Dadaşovun tapançanı bacısı oğlu Eldar Hacıyevdən alması müəyyən edilmiş və o, saxlanılmışdır.

Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.11.2011

Noyabrın 4-də saat 00.20 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Asif Məmmədovun idarə etdiyi "VAZ-2106" və Məzahir Bayramovun idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölmüş, xəsarət almış M.Bayramov və sərnişinləri - oğlu 7 yaşlı Zülfüqar və qardaşı Oruc xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.11.2011

Noyabrın 4-də saat 21.00 radələrində Sabirabad rayonu ərazisində, rayon sakinləri Süleyman Məmişovun idarə etdiyi "VAZ-2107" və Vüsal Mehdiyevin idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "VAZ-2107"nin sürücüsü və sərnişini Rauf Şahverənov hadisə yerində ölmüş, xəsarət almış digər üç sərnişin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Xırdalan şəhər sakini Nadir Abdullayev dəzgaha yıxılaraq ölmüşdür

04.11.2011

Noyabrın 4-də Abşeron rayonunun Güzdək qəsəbəsindəki "Qızıl qaya" daş karxanasında fəhlə işləyən Xırdalan şəhər sakini Nadir Abdullayev dəzgaha yıxılaraq ölmüşdür.

Qobu qəsəbə sakini Günel Səfərova dəm qazından zəhərlənmişdir

04.11.2011

Noyabrın 4-də Abşeron rayonunun Qobu qəsəbə sakini Günel Səfərova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Ordubad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

04.11.2011

Noyabrın 3-də saat 21.30 radələrində Ordubad şəhəri ərazisində, şəhər sakini Ülvi Əsədov "VAZ-21053" markalı avtomaşını idarə edərkən yolu keçən Mahirə Abutalıbovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

04.11.2011

Noyabrın 4-də saat 22.30 radələrində Şəki şəhəri ərazisində, şəhər sakini Fuad Cəfərli "VAZ-21074" markalı avtomaşını idarə edərkən 11 yaşlı Ramil Mustafayevi vurmuşdur. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Kəsici alətlə qolunun damarlarını kəsmiş Firuddin Məmmədov ölmüşdür

04.11.2011

Noyabrın 4-də Xətai rayonu ərazisində Bakı şəhər sakini Məlik Məmmədova məxsus "Nissan X Trail" markalı avtomaşında tanışı Firuddin Məmmədov kəsici alətlə qolunun damarlarını kəsmişdir. Xəstəxanaya yerləşdirilmiş F.Məmmədov orada ölmüşdür.

Bakı şəhər sakini Oqtay Dünyamalıyev 1,067 kq heroini satarkən tutulmuşdur

04.11.2011

Nərimanov RPİ və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Dünyamalıyev 1 kiloqram 67,3 qram heroini satarkən tutulmuşdur.

Qanunun aliliyi ən ali qanundur...

Sərvər Aslanov

O.M.