Ağstafada dəhşətli QƏTL: öldürüldü və maşını yandırıldı

Ağstafada dəhşətli QƏTL: öldürüldü və maşını yandırıldı

29 Dekabr 2017 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafada baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Ağstafada dəhşətli qətl törədilib.

adisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus "VAZ-2104" markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

S. Əliyevin qətlə yetirildiyi məlum olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.