Tehranda terror: Məşhur Hüseyniyyəyə od vuruldu

Tehranda terror: Məşhur Hüseyniyyəyə od vuruldu

29 Dekabr 2017 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Naməlum şəxslər Tehranın Şemiranar məntəqəsində yerləşən məşhur Dərəkə Hüseyniyyəsinə od vurub. Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məleki jurnalistlərə açıqlamasında məlumat verib:

"Kameraların çəkdiyi təsvirlərdə görünür ki, motosiklet sürən 2 naməlum təxribatçı Hüseyniyyənin içinə alovlandırıcı maddə atdıqdan sonra hadisə yerini tərk edirlər. Hadisə nəticəsində Hüseyniyyədə yanğın baş verib və onun daxilindəki əşyaların 80 faizi yanıb. Yanğında heç kəs xəsarət almayıb. Hazırda məsələnin təfərrüatı polis tərəfindən araşdırılır".

Qeyd edək ki, 600 illik tarixi olan Dərəkə Hüseyniyyəsi Tehranın ən məşhur dini və məzhəbi məkanlarından biri sayılır. Müxtəlif mərasimlərdə hakimiyyətə yaxın ruhanilər burada minbərə çıxaraq mərsiyələr deyir, cürbəcür mövzularda çıxış edərək hakim rejimi təbliğ edirlər.