Qax rayonunda iki narkotik alverçisi tutulub

Qax rayonunda iki narkotik alverçisi tutulub

4 Noyabr 2011 21:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Qax rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb regional bölməsi və Qax RPŞ-nin əməkdaşları birgə narkotik vasitələrdən qanunsuz istifadə edən şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində Qax rayonu ərazisində əməliyyat-axtarış tədbiri həyata keçirib. Keçirilmiş tədbir nəticəsində 1980-ci il təvəllüdlü Qax şəhər sakini İsayev Sabir Əşrəf oğlu və 1977-ci il təvəllüdlü, Qax şəhər sakini Bayramov Laçın Bəhram oğlu şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin üzərinə baxış zamanı Sabir İsayevdən 434 qram, Laçın Bayramovdan isə 6,2 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Qax RPŞ-də hər iki şəxs barəsində cinayət işi başlayıb, araşdırma aparılır.

Narkotik dumanı 2 nəfərin də həyatını dumanlandırdı...

Hafiz Əhmədov

O.M.