Bakıda avtomobil qatarla toqquşdu

Bakıda avtomobil qatarla toqquşdu

4 Noyabr 2011 15:21
Bəyəndim (0) Bəyənmədim (0)
Qəzada 2 qadın ağır yaralandı

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun ANS-ə verdiyi məlumata görə, bu gün səhər saatlarında minik maşını "Azpetrol"a məxsus neft daşıyan yük qatarı Fəhlə prospekti ərazisindən keçərkən onun yoluna çıxıb və daha sonra yaxınlıqdakı dayanacağa çırpılıb. Hadisə nəticəsində dayanacaqda olan 2 qadın ağır xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qadınlardan birinin vəziyyəti daha ağırdır. O, kəllə-beyin xəsarəti alıb. Qeyd edək ki, hadisə nəticəsində ətrafa neft dağılmayıb.

Qatar dəmir yoldan çıxmadığı kimi avtomobil də asfalt yoldan çıxmamalıdır...

Sərvər Aslanov

O.M.