Azərbaycanda 03 noyabrın kriminal xronikası

Azərbaycanda 03 noyabrın kriminal xronikası

4 Noyabr 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 44 cinayət faktı qeydə alınmışdır

03.11.2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Şəmkir rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Göygöl rayon sakini E.Məmmədrzayev vurulmuşdur

03.11.2011

Noyabrın 3-də saat 18.30 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Göygöl rayon sakini Elxan Məmmədrzayev vurulmuşdur. Zərərçəkmiş xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Şəmkir rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla R.Kazımov vurulmuşdur

03.11.2011

Noyabrın 3-də saat 24.00 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisində müəyyən edilməmiş avtomaşınla kənd sakini Ramil Kazımov vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sumqayıt şəhəri ərazisində "Daewoo" və "QAZel" markalı avtomaşınlar toqquşmuşdur

03.11.2011

Noybrın 4-də saat 01.40 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakinləri Nazim Qəmbərovun idarə etdiyi "Daewoo" və Ramiz Zahirovun idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşmuş və nəticədə avtomaşınlar yanmışdır. Xəsarət almış "Daewoo"nun sürücüsü xəstəxanaya yerləşdirilmişdir.

Suraxanı rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla M.Musayev vurulmuşdur

03.11.2011

Noyabrın 3-də saat 00.05 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Məftun Musayev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Noyabrın 2-də S.Əhmədova məxsus avtomaşını qaçırmış Qazax rayon sakini S.Nəsirov tutulmuşdur

03.11.2011

Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər kameraları vasitəsi ilə noyabrın 2-də Surxay Əhmədova məxsus qaçırılmış "Nissan Teana" markalı avtomaşının H.Əliyev prospektində hərəkətdə olması aşkar edilmiş və Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində avtomobil saxlanılmışdır. Onu qaçırmış Qazax rayon sakini Samir Nəsirov tutulmuşdur.

Metronun "28 May" stansiyasında Neftçala rayon sakini G.Rəsulzadənin mobil telefonunu oğurlamağa cəhd göstərmiş X.Şəmsiyev tutulmuşdur

03.11.2011

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 3-də metronun "28 May" stansiyasında Neftçala rayon sakini Gülnar Rəsulzadənin cibindən mobil telefonunu oğurlamağa cəhd göstərmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev tutulmuşdur.

Bakı şəhər sakini Ü.Hüseynova məxsus firmadan 40 min manat məbləğində mebel aksessuarlarını oğurlamış bir qrup şəxs tutulmuşdur

03.11.2011
Cari ilin sentyabr ayının 1-dən oktyabr ayının 30-dək olan müddət ərzində Binəqədi rayonu ərazisində şəhər sakini Ülvi Hüseynova məxsus "Səma-İKF" firmasından açar seçmək yolu ilə 40 min manat məbləğində mebel aksessuarları oğurlanmışdır. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Maksim Alekseyev, Yusif Hüseynov, Ramazan Piriyev və Samir Əhmədov tutulmuşlar.

Bakı şəhər sakini T.Babayevə məxsus saatları oğurlamış R.Quliyev tutulmuşdur

03.11.2011

Nizami (Bakı) 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də şəhər sakini Tural Babayevə məxsus 2 ədəd saatı oğurlamış Ramazan Quliyev tutulmuşdur.

Noyabrın 1-də E.Fətəliyevaya və J.Nəbiyevaya qarşı xuliqanlıq etmiş bir qrup Bakı şəhər sakini tutulmuşdur

03.11.2011

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də Ellada Fətəliyevaya və Jalə Nəbiyevaya qarşı xuliqanlıq etmiş şəhər sakinləri Mehrəli Bağırov, Əli Tağıyev və Zakir Əliheydərov tutulmuşlar.

Sumqayıt şəhərindəki Tibb Kollecinin anbarından kondisioner oğurlamış B.Nəcəfov və Ö.İsmayılov saxlanılmışlar

03.11.2011

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də şəhərdəki Tibb Kollecin anbarından açar seçmək yolu ilə 3 ədəd kondisioner oğurlamış Bəhruz Nəcəfov və Ötərxan İsmayılov saxlanılmışlar.

Astara rayon sakini Q.Hüseynova məxsus avtomaşını qaçırmış Ç.Məmmədov tutulmuşdur

03.11.2011
Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Qabil Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Çingiz Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 4-də Aftandil Nəsirova məxsus sexdən elektrik alətləri oğurlaması da müəyyən edilmişdir.

Sabunçu rayonu ərazisində Lənkəran şəhər sakini İ.Əhmədov avtobusu idarə edərkən Bakı şəhər sakini A.İmanlını vurmuşdur

03.11.2011

Oktyabrın 30-da saat 17.40 radələrində Sabunçu rayonu ərazisində Lənkəran şəhər sakini İbrahim Əhmədov "Otoyol" markalı avtobusu idarə edərkən Bakı şəhər sakini Amin İmanlını vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.İmanlı noyabrın 3-də orada ölmüşdür.

Xəzər rayonu ərazisində Bakı şəhər sakini M.Seyidov avtomaşını idarə edərkən Ş.Qəhrəmanovu vurmuşdur

03.11.2011

Noyabrın 3-də saat 18.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəhər sakini Mirzə Seyidov "Nissan" markalı avtomaşını idarə edərkən Şükrət Qəhrəmanovu vurmuşdur. Piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Sumqayıt şəhər sakini T.Alyarov spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

03.11.2011

Noyabrın 3-də Sumqayıt şəhər sakini Tahir Alyarov evindən spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Sumqayıt şəhər sakini Y.İmamquliyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

03.11.2011

Noyabrın 3-də Sumqayıt şəhər sakini Yasəmən İmamquliyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır.

Sumqayıt şəhər sakini N.Əliyeva, Gəncə şəhər sakinləri S.Səfərova və P.Məmmədova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər

03.11.2011

Noyabrın 3-də Sumqayıt şəhər sakini Nəzakət Əliyeva, Gəncə şəhər sakinləri Sədaqət Səfərova və Pərvanə Məmmədova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Göygöl rayon sakini R.Budaqova dəm qazından boğulmuşdur

03.11.2011

Noyabrın 3-də Göygöl rayonunun Yeni Zod kənd sakini Rəsmiyyə Budaqova yaşadığı evin vanna otağında dəm qazından boğulmuşdur.

Astara rayonunda N.Nəciyev narkotik vasitədən zəhərlənərək ölmüşdür

03.11.2011

Noyabrın 3-də Astara rayon sakini Rəfiqə Qafarovanın evinə qonaq gəlmiş nəvəsi Namiq Nəciyev narkotik vasitədən zəhərlənərək ölmüşdür.

Təhlükə qaşla-göz arasında olduğu üçün ağıl hər zaman onu nəzarətdə saxlamalıdır...

Hafiz Əhmədov

O.M.