Deputat türmədə yatanları it adlandırdı...

Deputat türmədə yatanları it adlandırdı...

27 Dekabr 2017 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Knesset üzvü İsrail həbsxanalarındakı fələstinli dustaqların ata-ana, bacı-qardaş, xanımları, övladlarının və s. ünvanına təhqiramiz ifadələr işlədib.

Mediainfo.az Moderator.az-a istinadən yazır ki, bu haqda Avropanın "DeilyNews" nəşri və Yaxın Şərqin "Əl-Cəzirə" kanalı xəbər yayıb.

Söhbət İsrailin hakim Likud partiyasından olan deputat Oren Hazandan gedir. Daim radikal islamofob çıxış və davranışlarıyla seçilən deputat hazırda "HƏMAS"-ın əlindəki yəhudi əsgərlərin azad edilməsi üçün kampaniya həyata keçirir.

O.Hazan bir qrup sionistlə birlikdə Qırmızı Xaç Təşkilatının müşayiəti ilə Qəzzadan gələrək İsrailin Nefha zindanındakı yaxınları ilə görüşmək istəyən dustaq ailələrinə hücum edib. Knesset üzvü fələstinli məhbusların ailələrini daşıyan avtobusu dayandırıb və içəri daxil olaraq qadın, qoca, uşaq bilmədən məhbusların doğmalarını təhqir edib.

Yəhudi deputatın "Kimi ziyarətə gəlmisən? Oğlun nə edib?" sualına avtobusdakı fələstinli qadın "Oğlum heç bir şey etməyib. Günahsızdır" cavabını verib.

Hazan isə cavabında bağıra-bağıra:"Bir şey etməyib? Çiçək paylayırdı? Oğlun bir itdir. Sən doğman kimi qəbul etdiyin bu zibili görməyə gəlmisən!",- söyləyib deyib. Qadın isə sionist deputata sərt cavab verib. "Oğlum ən yaxşıdır. Ona it deyənin özü itdir!", -deyə fələstinli ana bildirib.

Qadının etirazlarından hiddətlənən hakim partiya üzvü fələstinli məhbus yaxınlarını bir daha doğmalarıyla görüşə bilməmələri ilə hədələyıb: "Qulaq as, buranı bir daha ziyarət edə bilməyəcəyinizi təmin edəcəyəm. İçəri keçə bilməməyiniz üçün hər şeyi edəcəyik. Burada sizi görmək istəmirlər. Bunu yaxşıca bil. Sən oğlunu cinayət etməsi üçün böyütdün..."

Hazanın "mən deputatam" deməsinə isə, müsəlman ananın cavabı belə olub: "İstəyirsən deputat ol, istəyirsən də Netanyahu. Bizim övladlarımız sizin hamınızdan daha üstündür".

Ananın bu cür cavabından sonra islamofob Knesset üzvü avtobusdakı dustaq yaxınlarını daha şiddətlə təhdid edib: "Hamınıza onu demək istəyirəm ki, Qəzzadakı dostlarınız bizim qardaşlarımız Hadar Qoldin, Oron Şaul və Avera Menqistu əsir saxlayır. Əgər bu mesajı onlara çatdırmasanız, bir daha bura gələ bilməzsiniz. Gəlsəniz də, doğmalarınızı canlı olaraq görməyəcəksiniz!.."

P.S. Xatırladaq ki, sərsəm davranışlarıyla seçilən İsrail deputatı Oren Hazan ABŞ prezidenti D.Trampın İsrailə son səfəri zamanı gözlənilmədən onun yanına atlanaraq birgə selfi çəkdirmişdi...