Qonşusunu öldürmüş jurnalistin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Qonşusunu öldürmüş jurnalistin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

4 Noyabr 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində "Xüsusi təhqiqatlar" qəzetinin qəsdən adam öldürməkdə təqsirləndirilən əməkdaşı Ayvaz Almuradovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Prosesin baxış iclası isə noyabrın 17-nə təyin olunub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A. Almuradov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, bu il iyunun 19-da saat 22.00 radələrində 25 yaşlı Ayvaz Almuradov mübahisə zəminində qonşusu, 26 yaşlı Arzuman Namazovu qətlə yetirərək hadisə yerindən qaçıb. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin apardığı araşdırmalar zamanı məlum olub ki, A. Almuradov hadisədən əvvəl A. Namazova irad tutaraq evinə su vurmaq üçün quraşdırdığı mühərriki işə salarkən mənzilinə gələn suyun kəsildiyini bildirib. Nəticədə qonşular arasında münaqişə yaranıb və A. Almuradov A. Namazova bıçaq zərbələri endirərək onu öldürüb. A. Almuradovun jurnalist olduğu və "Xüsusi təhqiqatlar" qəzetində çalışdığı müəyyən edilib.

"Xüsusi təhqiqatlar" qəzetinin əməkdaşı xüsusi təhqiqatların obyektinə çevrildi...

Hafiz Əhmədov

O.M.