Xəstəxanada xəstənin pulu oğurlandı

Xəstəxanada xəstənin pulu oğurlandı

26 Dekabr 2017 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi rayonunda yerləşən xəstəxanada xəstənin pulu oğurlanıb.

Hadisə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda baş verib.

Xəstəxanada müalicə alan 1949-cu il təvəllüdlü Pakizə Babayevanın çantasından 200 manat pulu oğurlanıb.

Faktla əlaqədar əraziyə Nəsimi RPİ-nin əməkdaşları gəlib və ilkin araşdırmalara başlanılıb.

Hazırda cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.Olke.az