Böyük Şorda işçi rəisi güllələdi

Böyük Şorda işçi rəisi güllələdi

4 Noyabr 2011 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, bu gün səhər saatlarında Böyük Şor Lokomotiv deposunun inzibati binasında güllələnmə faktı qeydə alınıb.

Deponun keçmiş işçisi, 1934-cü il təvəllüdlü Dadaşov Heydər İslam oğlu deponun rəisi, 1944-cü il təvəllüdlü Ocaqverdiyev Kamal İsaq oğlunu güllələyib. "Makarov" tipli tapançadan açılan 6 güllədən 3-ü K. Ocaqverdiyevə dəyib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən H. Dadaşov saxlanılıb.
İlkin məlumata görə, hadisəyə adıçəkilən şəxslər arasında olan köhnə ədavət səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Kimisə öldürmək problemin həlli demək deyil, yeni və daha ağır problemlərin yaranmasıdır...

Hafiz Əhmədov

O.M.