Bakıda yeni fırıldaq: 300 manat ödəyirsən və... - Video

Bakıda yeni fırıldaq: 300 manat ödəyirsən və... - Video

26 Dekabr 2017 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Təqaüdçüyəm. 30 il Təhsil Nazirliyində çalışmışam. Küçədə işə düzəltmə barədə elana rast gəldim. Hər şey bundan sonra başladı".

Bu sözləri "şəbəkə biznesi"nin qurbanı olan Musa Space TV-də yayımlanan "Olar? Olmaz!" verilişinə danışıb.

"Olar? Olmaz!" bu dəfə şəbəkə biznesini araşdırıb və bir sıra məqamlara işıq tutub.

Zərərçəkən Musanın sözlərinə görə, "Green Line" adlı şirkətdə həyat yoldaşı ilə birlikdə işə başlayıb.

"Yoldaşım və mən adama 11 manat ödədik. Daha sonra isə adambaşına 300 manat ödədik. Dedilər burada kadr məsələsinə baxacaqsınız. İşə düzəlmək, dərman almaq istəyənlərin müraciətlərinə baxırdıq. Buraya gətirilən və satılan dərmanların hamısı Çin istehsalıdır. Bir neçə aydır gəlib-gedirik, amma bizə pul vermirlər", - deyə zərərçəkən şəxs bildirib.

"Olar? Olmaz!" verilişinin aparıcısı sözügedən "şirkətə" gedib. Bu, "şirkət" rəhbəri və çalışanlar üçün gözlənilməz olub. Həmin anda nələrin yaşandığını aşağıdakı videomaterialda izləyə bilərsiniz.





Baku.vvs