Xarkovda azərbaycanlı yoldan keçənlərə bıçaqla hücum edib

Xarkovda azərbaycanlı yoldan keçənlərə bıçaqla hücum edib

24 Dekabr 2017 08:23
Bəyəndim (0) Bəyənmədim (0)

Xarkov şəhərinin mərkəzində bir qızın əlindən mobil telefonunu alan, daha sonra isə əlində bıçaqla onu tutmaq istəyənlərə hücum edən Azərbaycan vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə şənbə günü Ukrayna Milli Polisinin vilayət üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Polisin bildirdiyinə görə, o, 25 yaşlı qızın əlindən telefonunu alıb. Mobil qurğunun qiyməti 1000 dollardan çox olub.

"Kişi zərərçəkəni izləməyə başlayıb, yaxınlıqda adamların olmadığını gördükdə isə, telefonu alaraq qaçmağa başlayıb", - deyə mətbuat xidmətindən qeyd olunub.

Hadisənin şahidi iki nəfər canini yaxalayıb, lakin o, cibindən bıçaq çıxardaraq onlara hücum edib. Belə olduqda həmin şəxslər polis çağırmaq qərarına gəliblər.

Hazırda Azərbaycan vətəndaşı saxlanılıb. Ona qarşı "Quldurluq" maddəsi ilə cinayət işi başlanıb. Bu maddəyə görə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.