10 saylı cəzaçəkmə müəssisəsində narkotik maddə tutulub

10 saylı cəzaçəkmə müəssisəsində narkotik maddə tutulub

2 Noyabr 2011 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saytının məlumatında bildirilir ki, 10 saylı cəzaçəkmə müəssisəsində narkotik maddə aşkarlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisədə cəza çəkən 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şirəliyev Nurlan Tumarxan oğlunun yataq yerinə baxış keçirilən zaman çarpayısının üstündə olan yastığın içərisindən 14 ədəd gümüşü kağıza bükülü xalis çəkisi 0,367 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Dumanlı başda ağıl olmaz...

Hafiz Əhmədov

O.M.