Lotu Qulunu təhqir edən kriminal avtoritet öldürüldü

Lotu Qulunu təhqir edən kriminal avtoritet öldürüldü

23 Dekabr 2017 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Kriminal aləmdə "Dato Pankiski" kimi məşhur olan 36 yaşlı gürcü "qanuni oğru" David Alxanişvili öldürülüb.

Bu haqda Rusiyanın məşhur kriminal saytı olan "Praym Kraym" yazıb.

Saytın yazdığına görə, onun qətli Zaxariya Kalaşovun (hazırda Rusiyada həbsdədir –red.) qardaşı oğlu David Ozmanova ("Dato Krasnodarski") verilən işğəncənin qisası olaraq törədilib. Qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı deyilir.

Xatırladaq ki, 2011-ci ildə Belçikada "qanuni oğru" Oniani Canqveladzenin klanından ibarət avtoritetlər David Ozmanov üzərində divan təşkil edib. Onlar Ozmanova çoxsaylı bıçaq xəsarətləri yetiriblər. David Alxanişvili də divanı təşkil edənlərdən biri olub.

Ozmanov o vaxt möcüzə sayəsində sağ qalıb və uzun müddət xəstəxanada qalıb. Onun cəlladlarına isə qiyabi ölüm hökmü çıxarılıb.

Məlumata görə, Alxanişvilinin çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirovla yaxın dostluq münasibətləri olub. O, ölümündən bir neçə gün əvvəl sui-qəsd nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən "Şeyx Həmzət"ə zəng edərək hadisəyə görə üzüldüyünü bildirib. Onun telefon söhbətində azərbaycanlı "qanuni oğru" Nadir Səlifovla ("Lotu Quli") bağlı xoşagəlməz ifadələr işlətdiyi deyilir.Publika.az