İspaniyada Qvardiolaya qarşı cinayət işi açılıb

İspaniyada Qvardiolaya qarşı cinayət işi açılıb

22 Dekabr 2017 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Kataloniyada keçirilən müstəqillik referendumu ilə bağlı açılan cinayət işinə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın da adı daxil olub.

Polis mütəxəssisi "xalqı üsyana təşviq etməkdə" suçlayır.

Polisin hesabatında qeyd edilir ki, barselonalı mütəxəssis 11 iyunda referendumu dəstəkləyən bir bildirişi oxuyub. Onunla bağlı hesabatda "Referendumun müdafiəsi və bir tərəfli müstəqillik elanın təşviqi" ifadələri yer alır.

Bu hesabatdan sonra Qvardiolaya cinayət işinin açılıb-açılmayacağı bəlli deyil. Ancaq məşhur mütəxəssisin cinayət məsuliyyətinə cəlb edilməsinin Avropa Birliyində siyasi böhrana səbəb olacağı deyilir.

Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəlliyinin tərəfdarlarındandı. O, hətta referendumdan sonra Kataloniyanın müstəqilliyini elan edən siyasətçilərin həbsinə etiraz edərək sarı bant taxmışdı.

Qvardiola referendum günü polisin vətəndaşlara qarşı sərt müdaxiləsindən sonra "Görüntülər yalan deməz. İnsanlar səs vermək istəyirdi və onlara vəhşicəsinə hücum edildi. 700-dən çox yaralı var. Bunlar səs verəcəkdi, bank qarət etməyəcəkdilər. İspaniya həqiqətləri gizlətməyə çalışırdı, amma dünya mediası o görüntüləri hər kəsə göstərəcək. Biz İspaniyanı sevmədiyimizi düşünənləri istəmirik. İspaniya ədəbiyyatı, idmanı və şəhərləri ilə möhtəşəm ölkədi. Amma hər kəs bunu anlamalıdı ki, burda gələcəyini müəyyənləşdirmək istəyən bir xalq var. İspaniya baş naziri sualları qəbul etməli və bütün İspaniyanın baş naziri olaraq çalışmağa davam etməlidi" açıqlamasını vermişdi. Qaynarinfo