3 il azadlıqdan məhrum edilən deputatlığa namizədin apellyasiya şikayəti təmin olunmayıb

3 il azadlıqdan məhrum edilən deputatlığa namizədin apellyasiya şikayəti təmin olunmayıb

2 Noyabr 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Şəki Apellyasiya Məhkəməsində deputatlığa keçmiş namizəd Vidadi İsgəndərlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Vəkil Yalçın İmanovun yaydığı xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, apellyasiya şikayətinin təmin olunmamağını istəyib. Daha sonra hakim müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Göyçay rayon Məhkəməsinin hökmü ilə V. İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, ötən il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərli barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Bu il mayın 2-də Vidadi İsgəndərova qeyd edilən maddələrlə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hər kəsin seçib-seçilmək hüququ var. Qanunu pozanlar da hər kəsdən seçilirlər...

Sərvər Aslanov

O.M.