Sabiq deputatın oğluna  3 il iş verildi

Sabiq deputatın oğluna 3 il iş verildi

20 Dekabr 2017 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən gün keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında müvəkkilinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, "Azərsu" ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinib.

Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddəsi isə ittiham olunub.Report