Məktəblinin qulaqlarındakı sırğaları qopardı

Məktəblinin qulaqlarındakı sırğaları qopardı

20 Dekabr 2017 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda azyaşlı qızın qarşısını kəsən naməlum şəxs ona qarşı soyğunçuluq edib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Məlumata görə, rayonun Cəfər Xəndan küçəsindəki evlərdən birində yaşayan 9 yaşlı M.C. məktəbdən evə qayıdan zaman naməlum şəxs onun hər iki qulağındakı qızıl sırğaları qoparıb.

Hadisə zamanı azyaşlının hər iki qulağı zədələnib və o, psixoloji sarsıntı keçirib. Valideynləri uşağı xəstəxanaya yerləşdirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.