Azərbaycanda 01 noyabrın kriminal xronikası

Azərbaycanda 01 noyabrın kriminal xronikası

2 Noyabr 2011 11:58
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 54 cinayət faktı qeydə alınmışdır

01.11.2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 30-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 17 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 39 nəfər tutulmuşdur.

Göygöl rayon Fərzəliyev qəsəbə sakini Sahil Məlikov əmlak bölgüsü ilə əlaqədar münaqişə zəminində yaşadıqları evə və qardaşı Xəyalın üstünə benzin tökərək yandırmışdır

01.11.2011

Oktyabrın 28-də saat 01.30 radələrində Göygöl rayonunun Fərzəliyev qəsəbəsində, qəsəbə sakini Sahil Məlikov əmlak bölgüsü ilə əlaqədar baş vermiş münaqişə zəminində yaşadıqları evə və qardaşı Xəyalın üstünə benzin tökərək yandırmışdır. Nəticədə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş Xəyal noyabrın 1-də orada ölmüşdür. S.Məlikov Göygöl RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

01.11.2011

Noyabrın 1-də saat 20.30 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Neftçala rayon sakini Xoşəli Abdullayev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Neftçala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

01.11.2011

Noyabrın 1-də saat 23.20 radələrində Neftçala şəhəri ərazisində, şəhər sakini Səfadər Hüseynov "Mercedes" markalı avtomaşını idarə edərkən rayon sakini Vüsal Hüseynovu vurmuşdur. O, hadisə yerində ölmüşdür.

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

01.11.2011

Noyabrın 1-də saat 22.30 radələrində İsmayıllı rayonu ərazisində Balakən rayon sakini İsmət Allahyarovun idarə etdiyi "Toyota Prado" və Zaqatala rayon sakini Səfər Şabanovun idarə etdiyi "VAZ-2109" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Şabanovun sərnişinləri Qərib Mikayılov və Sirac Məmmədov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Yasamal rayonu ərazisində yanğın hadisəsi baş vermişdir

01.11.2011

Noyabrın 1-də saat 16.30 radələrində Yasamal rayonu ərazisində Mirağa Məmmədova məxsus evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermiş və yanğın qonşu evdə yaşayan onun qardaşı Məmmədə məxsus evə də keçmişdir. Nəticədə hər 2 evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş Mirağa orada ölmüşdür.

Qayığın mühərrikini oğurlamış Bakı şəhər sakini Mehman Quliyev tutulmuşdur

01.11.2011

Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Milli parkın ərazisindəki estakadada "ALFA MARİNE" MMC-nə məxsus təmirə qoyulmuş qayığın mühərrikini oğurlamış Bakı şəhər sakini Mehman Quliyev tutulmuşdur.

Mirrasim Seyidova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Tələt Ağayev tutulmuşdur

01.11.2011

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Mirrasim Seyidova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Tələt Ağayev tutulmuşdur.

Mağazadan oğurluq etmiş Tural Talıbov, Elgün Həmidov və Brilyant Abıyeva tutulmuşlar

01.11.2011

Xətai RPİ 35-ci və 36-cı PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Kamil Əliyevə məxsus mağazadan 292 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamış Tural Talıbov, Elgün Həmidov və Brilyant Abıyeva tutulmuşlar.

1 baş inəyi oğurlamış Sabirabad rayon sakini Yengibar Məstəliyev tutulmuşdur

01.11.2011

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Talıb Mirzəyevin 1 baş inəyini oğurlamış rayon sakini Yengibar Məstəliyev tutulmuşdur.

20 ədəd ev quşunu oğurlamış Yevlax şəhər sakini Elşən Həsənov tutulmuşdur

01.11.2011

İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Qürbət Hüseynova məxsus 20 ədəd ev quşunu oğurlamış Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həsənov tutulmuşdur.

5 baş qoyunu oğurlanmış Salyan rayon sakinləri Famil Sultanov və İlkin Süleymanov tutulmuşlar

01.11.2011

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Yenikənd kənd sakini Əmir Abdullayevə məxsus 5 baş qoyunu oğurlanmış rayon sakinləri Famil Sultanov və İlkin Süleymanov tutulmuşlar.

Xaçmaz rayonunun Yalama kəndi ərazisində yol-nəqliyyat hadisəsi

01.11.2011

Noyabrın 1-də saat 04.00 radələrində Xaçmaz rayonunun Yalama kəndi ərazisində rayon sakini Rəşid İsmayılov "Daewoo" markalı avtomaşını idarə edərkən Abdulla Maqomedovu vurmuş, idarəetməni itirdiyindən avtomaşın aşmış və yanğın baş vermişdir. Nəticədə A.Maqomedov hadisə yerində ölmüş, avtomaşının yanar konstruksiyaları yanmışdır.

Masazır qəsəbə sakini Ülkər İbadova dərmandan zəhərlənmişdir

01.11.2011

Noyabrın 1-də Abşeron rayonunun Masazır qəsəbə sakini Ülkər İbadova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Şübhəli şəxs kimi saxlanılmaqdansa şübhəli şəxslər barədə xəbəri yadda saxlamaq yaxşıdır...

Sərvər Aslanov

O.M.