"Hamımızın ana-bacısı var" - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

"Hamımızın ana-bacısı var" - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

19 Dekabr 2017 13:49
137
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 19 yaşlı oğlanın törətdiyi qətlin təfərrüatı məlum olub. Sabunçu qəsəbəsində 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən 6 yaş böyük Nicatı mübahisə zəminində öldürüb. O deyib ki, Nicatın bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicat Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib. O, məhəllədən tanıdığı Nicata "hamımızın ana-bacısı var. Belə hərəkətlər lazım deyil" kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.lent.az