Milyarderin və arvadının ölüm səbəbi bəlli oldu

Milyarderin və arvadının ölüm səbəbi bəlli oldu

18 Dekabr 2017 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Toronto polisi kanadalı milyarder Barri Şermanın və onun həyat yoldaşı Xaninin kəndirlə boğaraq öldürüldüyünü müəyyənləşdirib.

Mediainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, keçirilmiş məhkəmə-tibbi ekspertiza ölüm səbəbinin boğulma olduğunu üzə çıxarıb. Qeyd edək ki, dekabrın 16-da "Apotex" əczaçı şirkətinin sahibi milyarder Barri Şerman və onun həyat yoldaşı Xani Şerman Torontodakı evlərində ölü tapılıblar. "Canadian Business" dərgisi bundan əvvəl B.Şermanı Kanadanın ən zəngin sakinlərinin siyahısına daxil edib.