Ata qızını eyni vaxtda iki kişiyə ərə verdi!.. - RƏZALƏT + VİDEO

Ata qızını eyni vaxtda iki kişiyə ərə verdi!.. - RƏZALƏT + VİDEO

15 Dekabr 2017 22:32
141
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanında öz doğma qızını eyni vaxtda iki kişiyə ərə verməyi özünə layiq bilmiş üzdəniraq ata barəsində cinayət işi qaldıırılıb.

"Gulf News" portalının verdiyi xəbərdə belə deyilir.

Prokurorluqdan verilən məlumata görə, ata adlanan bu məxluq qızını birinci ərinə verərkən ənənəvi qayda ilə kəbin kəsilib, nikah bağlanıb və toy çalınıb. Yeni cütlük bir yerdə cəmi iki ay yaşayıblar. Bundan sonra qızın əri başqa şəhərə çıxıb gedib və xeyli vaxt geri dönməyib. Buna görə də qız atasının evinə dönüb.

Gənc qadının Ciddə şəhərində olan birinci əri arvadının ərə getməsini eşidib və dəhşətə gəlib: bu, necə ola birlər, axı o, arvadını boşamayıb və onların nikahı hələ qüvvədədir? Məlum olub ki, üzdəniraq ata pul əldə etmək və qızını dolandırmaq ucbatından ona yeni ər tapraq onların arasında da nikah bağladıb. Birinci ər ikinci ərin telefonunu taparaq ona ərdə olan arvadla evlənməsi haqda şok xəbəri çatdırıb. Həmin vaxt artıq ikinci ər həmin qadınla ayrıca evdə yaşayırmış.

Sonda hər iki ər tamahkar və namussuz atanı məhkəməyə verib. Ölkə ictimaiyyəti isə yekdilliklə qızı ilə bağlı bu qədər mənəviyyatsız addım atmış atanı kəskin qınayıb və bununla bağlı kütləvi etiraz aksiyaları keçirilib. Moderator.az

RELATED POSTS