Azərbaycanda 31 oktyabrın kriminal xronikası

Azərbaycanda 31 oktyabrın kriminal xronikası

1 Noyabr 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 44 cinayət faktı qeydə alınmışdır

31.10.2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 44-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

6 yanğın hadisəsi qeydə alınmışdır, nəticədə 2 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.

Xətai rayonu ərazisində Xaçmaz rayon sakini İ.Qurbanovun meyiti tapılmışdır

31.10.2011

Oktyabrın 31-də saat 23.15 radələrində Xətai rayonu ərazisində Xaçmaz rayon sakini İlkin Qurbanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri isə Xətai RPİ tərəfindən aparılır.

Səbail rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Q.Əliyevi aldadaraq ona məxsus bankomat kartı ilə pulunu çıxarmışdır

31.10.2011

Oktyabrın 20-də Səbail rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Qurban Əliyevin etimadını qazanaraq ona məxsus bankomat kartından istifadə etməklə 320 manat pulunu çıxarmışdır.

Xətai rayonu ərazisində "VAZ-2106" və "BMW" markalı avtomaşınlar toqquşmuşdur

31.10.2011

Oktyabrın 31-də saat 23.55 radələrində Xətai rayonu ərazisində şəhər sakinləri Taleh Muxtarovun idarə etdiyi "VAZ-2106" və Mahir Rzayevin idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Rzayevin sərnişini Fərid Yusifov hadisə yerində ölmüş, xəsarət almış T.Muxtarova və sərnişini Kərim Kərimov isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Sabunçu rayonu ərazisində Bakı şəhər sakini A.Rzayev avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur

31.10.2011

Oktyabrın 31-də saat 19.00 radələrində Sabunçu rayonu ərazisində şəhər sakini Ayxan Rzayev "Hyundai" markalı avtomaşını idarə edərkən onu körpünün dəmir hasarına vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Tovuz rayonu ərazisində Ə.Musayev avtomaşını idarə edərkən Q.Hüseynovu vurmuşdur

31.10.2011

Oktyabrın 31-də saat 19.00 radələrində Tovuz rayonunun İbrahimhacılı kəndi ərazisində, kənd sakini Əli Musayev "KAVZ" markalı avtomaşını idarə edərkən Qabil Hüseynovu vurmuşdur. Piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Sumqayıt şəhəri ərazisindəki dəmirçi sexində qaynaq işləri aparılarkən partlayış baş vermişdir

31.10.2011

Oktyabrın 31-də saat 15.00 radələrində Sumqayıt şəhəri ərazisində dəmirçi sexlərinin birində şəhər sakinləri Bayram Feyzullayev və Mehman Hacıyev avtomaşında qaynaq işləri apararkən partlayış baş vermişdir. Onlar xəsarət alaraq xəstəxanaya yerləşdirilmişlər. F.Feyzullayevin vəziyyəti qənaətbəxş, M.Hacıyevə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Binəqədi rayonu ərazisində Ağcabədi rayon sakini A.Həsənalıyevə məxsus avtomaşında yanğın baş vermişdir

31.10.2011

Oktyabrın 31-də saat 05.00 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Ağcabədi rayon sakini Azad Həsənalıyevə məxsus "BMW X-5" markalı avtomaşında qısa qapanmadan yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, xəsarət alan olmamışdır.

Xırdalan şəhərində N.Pirquliyevə məxsus avtomaşından oğurluq etmiş R.İsayev tutulmuşdur

31.10.2011

Baş Mühafizə İdarəsi və Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də saat 14.00 radələrində Xırdalan şəhərində Namiq Pirquliyevə məxsus "VAZ-21063" markalı avtomaşından içərisində 9 manat pul və qızıl əşyaları olan çantanı oğurlamış Rövşən İsayev tutulmuşdur.

R.Süleymanovun mənzilinə baxış zamanı oradan saxta əsginaslar və narkotik vasitə götürülmüşdür

31.10.2011

Nizami RPİ (Bakı şəhəri) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rac Süleymanovun mənzilinə baxış zamanı oradan 113 ədəd 100 manatlıq, 51 ədəd 50 manatlıq saxta əsginaslar və 30 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

S.Salmanovun mənzilinə baxış zamanı oradan saxta əsginaslar və narkotik maddə götürülmüşdür

31.10.2011

Nizami RPİ (Bakı şəhəri) əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Saleh Salmanovun mənzilinə baxış zamanı oradan 14 ədəd 5 manatlıq, 7 ədəd 20 manatlıq saxta əsginaslar və 85,58 qram marixuana aşkar edilərək götürülmüşdür.

Oktyabrın 31-də Bakı şəhər sakini S.Vahidovanın cibindən pul oğurlamış Lənkəran şəhər sakini A.Nəsirov tutulmuşdur

31.10.2011

Nizami RPİ 24-cü PB (Bakı şəhəri) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də şəhər sakini Salehə Vahidovanın cibindən 70 manat pul oğurlamış Lənkəran şəhər sakini Akif Nəsirov tutulmuşdur.

Oktyabrın 19-da R.Məmmədova məxsus mağazadan oğurluq etmiş A.Məsimov və N.Bağırov saxlanılmışlar

31.10.2011

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Ramin Məmmədova məxsus mağazadan 1000 manat pul və danışıq kartları oğurlamış Ağamusa Məsimov və Nahid Bağırov saxlanılmışlar.

Sentyabrın 14-də T.Əkbərovun mənzilindən oğurluq etmiş Bakı şəhər sakini S.Soltanov tutulmuşdur

31.10.2011

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Teymuraz Əkbərovun mənzilindən 8500 dollar, 6000 manat pul və 1700 manat dəyərində qızıl əşyaları oğurlamış şəhər sakini Samir Soltanov tutulmuşdur.

Mayın 30-da N.Məhərrəmova qarşı quldurluq etmiş bir qrup Sabirabad rayon sakini saxlanılmışdır

31.10.2011

Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 30-da Nəbi Məhərrəmova qol nahiyəsindən bıçaqla xəsarət yetirib, ondan 600 manat pul və 2 ədəd bankomat kartını almış Sabirabad rayon sakinləri Səid Zeynalov, Mahir İsmayılov, Əkbər Hüseynov və Emin Hüseynzadə saxlanılmışlar.

Oktyabrın 30-da Quba rayon sakini T.Əmirbəyovun evindən oğurluq etmiş R.Rəhimov tutulmuşdur

31.10.2011

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Tural Əmirbəyovun evindən 435 manat pul və qızıl əşyalarını oğurlamış əvvəllər məhkum olunmuş Rəhman Rəhimov tutulmuşdur.

Oktyabrın 30-da Quba rayon sakini T.Əmirbəyovun evindən oğurluq etmiş R.Rəhimov tutulmuşdur

31.10.2011

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Tural Əmirbəyovun evindən 435 manat pul və qızıl əşyalarını oğurlamış əvvəllər məhkum olunmuş Rəhman Rəhimov tutulmuşdur.

Sentyabrın 18-də Tovuz rayon sakini N.Məhərrəmova məxsus mağazadan oğurluq etmiş rayon sakini A.Qasımov tutulmuşdur

31.10.2011

Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Nəriman Məhərrəmova məxsus mağazadan spirtli içkilər, tütün məmulatı və ərzaq məhsulları oğurlamış rayon sakini Akif Qasımov tutulmuşdur.

Avtomaşınlardan oğurluq etmiş bir qrup şəxs tutulmuşdur

31.10.2011

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Türkiyə vətəndaşı Hasan Rehberə məxsus "VAZ-2104" avtomaşından sənədlərini, habelə maqnitofonu sökərək oğurlamış şəhər sakinləri Təbriz Həsənov, Fərrux Rzayev, Abşeron rayon sakini Zülfü Həsənov və Gəncə şəhər sakini Sevda Abdulrəhmanova tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda İlham Orucova, İltizam Hidayətova, Pərviz Bayramova, Sahil İsmayılova, Əsgər Rəhimova, Mirağa Qafarova, Zabil Cavadova, Famil Hüseynova, Kamal Ləliyevə, Vaqif Qafarova, Şahbala Kərimova, Amil Umudova, Sərməs Bayramova, Mərdan Məmmədova, Tural İsgəndərova, Maksim Salmanova, habelə Sumqayıt şəhər Qaz İstismar İdarəsinə məxsus avtomaşınlardan da oğurluq etmələri müəyyən edilmişdir.

Lökbatan qəsəbəsi ərazisindəki kafelərdən birində rus lotosu oynayan 8 nəfər saxlanılmışdır

31.10.2011

Bakı BPİ və Qaradağ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Naib Hüseynova məxsus kafedə, rus lotosu oynayan 8 nəfər saxlanılmış və barələrində İnzibati Xətalar Məcəlləsinin 309-cu (Qumar oyunu) maddəsinə əsasən protokol tərtib olunmuşdur.

Xəzər rayonu ərazisində Bakı şəhər sakini S.Mirzəyev avtomaşını idarə edərkən S.Rzayevanı vurmuşdur

31.10.2011

Oktyabrın 15-də saat 21.30 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində şəhər sakini Səməd Mirzəyev "Toyoto Prado" markalı avtomaşını idarə edərkən Sevda Rzayevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Oktyabrın 13-də Binəqədi rayonu ərazisində avtomaşınla vurulmuş S.Süleymanova aldığı xəsarətdən xəstəxanada ölmüşdür

31.10.2011

Oktyabrın 13-də saat 19.00 radələrində Binəqədi rayonu ərazisində şəhər sakini Vahid Abdullayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən Samirə Süleymanovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş zərərçəkmiş oktyabrın 31-də orada ölmüşdür.

Kriminal insanın azadlığının qatilidir...

Sərvər Aslanov

O.M.