VİDEO-Əyyaş həmyerlimiz "butulka yoldaşı"nı öldürdü

VİDEO-Əyyaş həmyerlimiz "butulka yoldaşı"nı öldürdü

1 Noyabr 2011 12:45
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Qərbi Ukraynanın Rovno şəhərində baş verib

Ukraynanın "PİBHE1" kanalının məlumatına görə, Qərbi Ukraynanın Rovno şəhərində sərxoş azərbaycanlı "butulka yoldaşı" olan yerli sakini döyərək öldürüb. Nəticədə, ukraynalı əyyaş ölüb. Yerli milis hadisənin səbəblərini bayağı adlandırır. Belə ki, iki əyyaş birlikdə içdikdən sonra nədənsə mübahisəyə başlayıblar. Ev sahibi 38 yaşlı azərbaycanlı stulun ayağını götürərək yoldaşının başına vurub. Rovno şəhərinin Vidinskaya küçəsində yaşayan azərbaycanlını və öldürdüyü şəxsi qonşular əyyaş kimi xarakterizə edirlər. Milis orqanları onu da bildirirlər ki, qatilin psixikasının normada olmadığı istisna deyil. Bu halda o, cinayət məsuliyyətindən azad ola bilər.

Araq şüşəsi cinin yaşadığı şüşəyə bənzəyir. Gərək ağzını açmayasan...

Sərvər Aslanov

O.M.