"Memar Əcəcmi"də oğurluq hadisəsi baş verdi

"Memar Əcəcmi"də oğurluq hadisəsi baş verdi

1 Noyabr 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)
Oğrunun üstündən heroin aşkar edilib

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, "Memar Əcəmi" metrostansiyasındakı geyim köşkündə oğurluq hadisəsi baş verib. Cəlilabad rayon sakini Rahim Dadaşova məxsus köşkdən geyim malları oğurlanıb. Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin cinayət-axtarış qrupunun əməkdaşları tərəfindən oğurluq etmiş Lənkəran rayon sakini Bəhruz Kərimov tutulub. Qeyd edək ki, axtarış zamanı ondan 0,204 qram narkotik vasitə olan heroin götürülüb.

Yeraltı şəhər yerüstü qanunlarla idarə olunur...

Hafiz Əhmədov

O.M.