Görünməmiş vəhşilik!

Görünməmiş vəhşilik!

4 Aprel 2011 01:57
Bəyəndim (0) Bəyənmədim (0)
Arvadından intiqam almaq istədi, qayınını öldürdü

Türkiyənin Sivas şəhərində yaşayan və işsiz olan Məmmədəli Güngör, iddialara görə, həyat yoldaşı Ayfer Güngör ilə problemlər yaşamağa başlamışdı. Şiddətli dolanışıqsızlıq səbəbilə Ayfer Güngör evi tərk edərək ailəsinin yanına döndü. Boşanmaq istəyən həyat yoldaşını geri gətirmək üçün dəridən-qabıqdan çıxan, ancaq müvəffəqiyyətli olmayan əri, ötən bazar ertəsi Abdulvahabigazi İbtidai təhsil Məktəbi şagirdi qayını Əhməd Karakayanı tənəffüsə çıxdığı vaxtda məktəbdən götürərək qaçırtdı. Uşağın evə dönmədiyini görən ailəsi dərhal polisə müraciət edərək onlardan kömək istədi. Polis araşdırmasında şübhələr Məmmədəlinin üzərində dayandı. Güngör ailəsinin Gümüşdərə məhəlləsində yaşadığı dəqiqləşdirildikdən sonra axtarışlar məhz bu ərazidə genişləndirildi. Polislər şübhəlinin evinə gəldiyini təyin etdikdən sonra M.Güngör və dostu çoban Mustafa Karakaya nəzarət altına alındılar. İfadəsində günahını etiraf edən Məmmədəli qayınını öldürdüyü bölgəni göstərdi. Belə ki, arvadından bu şəkildə intiqam almaq istəyən cani uşağı əvvəlcə axıra salmış, orada onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdu. Sonra Əhmədi çoban dostu 28 yaşlı Mustafa Karakaya ilə birlikdə 5 kilometr uzaqlıqdakı əraziyə aparıb, əvvəl dərəyə soxaraq suda boğub. Bunula da ürəyi soyumadığından başını daşla əzərək öldürüb, sonra isə cəsədi həmin əraziyə atdıb.

İstintaq əməliyyat tədbirləri çərçivəsində cəsəd tibbi ekspertiza məqsədilə Şəhər Mərkəzi xəstəxanasına aparıldı. Faktla bağlı istintaq davam etməkdədir.

O.M.