Aeroport yolunda 2 maşın toqquşdu

Aeroport yolunda 2 maşın toqquşdu

1 Noyabr 2011 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

ANS TV-nin məlumatına görə, aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı "VAZ-2107" markalı 90 HT 576 dövlət nömrə nişanlı maşınla Rahib Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı 90 LM 237 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə, maşınlardan biri yol kənarındakı maneəyə dəyib.

Sürücü Rahib Səfərov burnundan xəsarət alıb. Qəzanın ilkin olaraq sürət həddinin aşma səbəbindən baş verdiyi bildirilsə də, dəqiq səbəblər aparılacaq araşdırmaların sonunda bəlli olacaq. Qeyd edək ki, faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Yüksək sürət insanı əzizlərindən sürətlə uzaqlaşdırır...

Sərvər Aslanov

O.M.