Bakıda 2 yol qəzasında 2 nəfər ölüb, yaralananlar var

Bakıda 2 yol qəzasında 2 nəfər ölüb, yaralananlar var

1 Noyabr 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakıda ölümlə nəticələnən iki ağır yol qəzası baş verib. Belə ki, oktyabrın 31-i saat 19.00 radələrində Bakı şəhər sakini Ayxan Rzayev idarə etdiyi "Hyundai" markalı avtomobili Sabunçu körpüsünün üstündə yolun kənarında olan dəmir çəpərə vurub. Nəticədə, sürücü aldığı xəsarətdən dünyasını dəyişib.

Digər hadisə oktyabrın 31-i saat 23:55 radələrində Y.Səfərov küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Taleh Muxtarovun idarə etdiyi "VAZ-2106" markalı və Mahir Rzayevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. Nəticədə, "BMW" markalı avtomobildə olan sərnişin Fərid Yusifov hadisə yerində ölüb, "VAZ-2106" markalı avtomobilin sürücüsü T. Muxtarov və sərnişini Kərim Kərimov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Həyatda tələsmək lazım deyil. Onsuz da bütün yollar eyni ünvana aparır...

Sərvər Aslanov

O.M.