Bakıda ev oğrusu tutulub

Bakıda ev oğrusu tutulub

1 Noyabr 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)
Bakı şəhər Baş Polis İdarəsinin məlumatı

Baş Polis İdarəsi məlumat verir ki, paytaxta mənzillərdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs həbs edilib. Məlumata görə, sentyabrın 14-də X. Məmmədov küçəsində yaşayan Teymuraz Ələkbərovun mənzilindən pəncərədən keçmə yolu ilə 6000 manat, 8500 ABŞ dolları və 1700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Soltanov oktyabrın 31-də tutulub.

Oğru ilk növbədə öz azadlığını oğurlayır...

Sərvər Aslanov

O.M.