Bakıda meyit aşkarlanıb

Bakıda meyit aşkarlanıb

1 Noyabr 2011 10:31
Bəyəndim (0) Bəyənmədim (0)
Xətai rayon Prokurorluğunun məlumatı

Oktyabrın 31-dən noyabrın 1-ə keçən gecə, "NZS" qəsəbəsi, Sovxoz küçəsi, 19 saylı binanın qarşısında Xaçmaz rayon sakini, 37 yaşlı İlkin Samir oğlu Qurbanovun meyiti aşkarlanıb. Onun qətlə yetirildiyi bildirilir. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qanun insanları birləşdirən, cinayət onları ayıran məfhumlardır...

Hafiz Əhmədov

O.M.