Azərbaycanda lombarda silahlı hücum edilib

Azərbaycanda lombarda silahlı hücum edilib

8 Dekabr 2017 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Salyanda quldurluq hadisəsi baş verib. Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən E.Şahsuvarova məxsus lombarda naməlum şəxs basqın edib. Həmin şəxs soyuq silahla lombardın işçisinə xəsarət yetirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs, Salyan şəhər sakini 1987-ci il təvəllüdlü Abbasov Tural Cəbrayıl oğlu tutulub. Faktla bağlı cinayət işi açılıb. Lent.az