Hacı Məmmədov həbsxanada özünü öldürdü

Hacı Məmmədov həbsxanada özünü öldürdü

3 Dekabr 2017 23:52
248
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Hacı Məmmədov bu gün Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən vərəmli xəstələr üçün nəzərdə tutulan ixtisaslaşdırılmış Müalicə Müəssisəsində özünü asaraq həyatınason qoyub.

Mediainfo.az-ın bildirdiyinıə görə Xəzər rayon Prokurorluğundan faktı Lent.az-a təsiqləyiblər. Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Hacı Məmmədov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər" əməliyyatı ilə həbs edilib və 19 yanvar 2007-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb. O, mütəşəkkil cinayətkar dəstə yaratmaqda, qətllərdə, adam oğurluğu və igər cinayətlərdə təqsirli bilinib.

11 il MTN-n təcridxanasında saxlanılan H.Məmməov daha sonra cəzaçəkməmüəssisəsinə köçürülüb