Polislər inkassator avtomobilini soyublar - 120 min dollar

Polislər inkassator avtomobilini soyublar - 120 min dollar

2 Dekabr 2017 08:33
166
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Milli Polis İdarəsinin üç müstəntiqi Odessa vilayətində inkassator maşınından 120 min dollar oğurlayıblar.

Bu barədə "Думская" nəşri məlumat yayıb.

Məlumata əsasən, iki polis kapitanı və şöbə rəisinin müavini fırıldaq işlədərək inkassator maşınından 120 min ABŞ dollarını götürüblər. Belə ki, onlar saxta sənədlər əsasında avtomobildə axtarış aparıblar və özlərinin gətirdikləri silahla dolu çanta "tapıblar". Sübut kimi orada pulla dolu olan iki çantanı da götürüblər. Zərərçəkənin şikayətləri əsasında araşdırma başladılıb. Araşdırmalar nəticəsində fırıldaqçılar Ukrayna polisinin daxili təhlükəsizlik xidməti və prokurorluq əməkdaşları tərəfindən saxlanılıblar. Onları 15 ilə azadlıqdan məhrum etmə cəzası gözləyir. Qafqazinfo