Gəncədə kürəkən qayınanasını qətlə yetirdi

Gəncədə kürəkən qayınanasını qətlə yetirdi

18 Aprel 2011 14:19
Bəyəndim (0) Bəyənmədim (0)
Cinayətə səbəb 160 manat oldu

"Oğ­lu­mun üzün­də qor­xu his­si var­dı. Onu elə gö­rən­də ana­ma nə­sə ol­ma­sın­dan şüb­hə­lən­dim. Çarpa­yı­ya ya­xın­la­şıb yor­ğa­nı qal­dı­ran­da göz­lə­ri­mə inan­ma­dım. Anam al-qan içə­ri­sin­də i­di".


Ba­kı Ağır Ci­na­yət­lər Məh­kə­mə­sin­də qəs­dən adam öl­dür­mək­də it­ti­ham olu­nan 1973-cü il tə­vəl­lüd­lü Gən­cə şə­hər sa­ki­ni Hə­sə­nov Röv­şən Fi­ru­din oğ­lu­nun məh­kə­mə is­tin­ta­qı ba­şa ça­tıb.

Məh­kə­mə yo­lu ilə mü­əy­yən edi­lib ki, Röv­şən Hə­sə­nov 18 iyun 2010-cu il­də ge­cə sa­at 02:00 ra­də­lə­rin­də ya­şa­dı­ğı mən­zil­də qa­yı­na­na­sı Si­nə­xa­nım­la mü­ba­hi­sə edib. Mü­ba­hi­sə za­ma­nı qa­yı­na­na­sı­nın onun ün­va­nı­na sö­yüş­lər söy­mə­sin­dən əsəb­ilə­şən R.Hə­sə­nov bı­ça­ğa əl atıb. 12 yaş­lı oğ­lu­nun otaq­da ol­ma­sı­na bax­ma­ya­raq Si­nə­xa­nı­ma bə­də­ni­nin müx­tə­lif na­hi­yə­lə­rin­dən bı­çaq­la zər­bə­lər en­di­rib. Al­dı­ğı xə­sa­rət­lər­dən qa­dın ha­di­sə ye­rin­də­cə dün­ya­sı­nı də­yi­şib.


"Qa­yı­na­nam mə­ni oğur­luq­da gü­nah­lan­dı­rır­dı"


Təq­sir­lən­di­ri­lən şəxs qis­min­də din­di­ri­lən Röv­şən Hə­sə­nov ona elan olun­muş it­ti­ham­la özü­nü qis­mən təq­sir­li bi­lib. O, ifa­də­sin­də 2009-cu ilin sentyabr ayın­dan eti­ba­rən ai­lə üzvlə­ri ilə bir­lik­də qay­ına­na­sı­na məx­sus ev­də ya­şa­dıq­la­rı­nı, so­nun­cu ilə mü­na­si­bət­lə­ri­nin nor­mal ol­du­ğu­nu gös­tə­rib: "Qay­ına­nam­la mü­na­si­bə­tim hə­mi­şə yax­şı olub. La­kin 2010-cu ilin ap­rel ayı­nın axır­la­rın­da qayına­nam 160 ma­nat pu­lu­nun oğur­lan­dı­ğı­nı de­yə­rək, bu iş­də mə­ni gü­nah­kar bil­di. Ona gö­rə də aram­ızda­kı mü­na­si­bət pis­ləş­miş­di. Qay­ına­na­ma pul­dan xə­bə­rim ol­ma­dı­ğı­nı de­səm də, mə­nə inan­mır­dı. Hə­min vaxtdan eti­ba­rən ev­də tez-tez söz-söh­bət ya­ra­dır, mə­nə qar­ğış edir­di.


"Yax­şı ki­şi ol­san, ar­va­dı­nı iş­lə­mə­yə qoy­maz­san"


İyun ayı­nın 17-si idi. Hə­mi­şə ol­du­ğu ki­mi ax­şam iş­dən çı­xıb evə gəl­dim. Bi­na­nın qa­ba­ğı­na ça­tan­da oğ­lum Fi­rud­in hə­yə­tə düş­dü. Oğ­lum­la bir­gə ya­şa­dı­ğı­mız bi­na­nın qar­şı­sın­da­kı par­ka gəl­dik. Bir qə­dər gə­ziş­dik­dən son­ra uşaq evə qalxdı, mən isə hə­yət­də da­ya­nıb ar­va­dı­mın iş­dən qa­yıt­ma­sı­nı göz­lə­dim. Onun gec gəl­di­yi­ni gö­rüb ya­xın­lıq­da­kı dü­kan­dan iki-üç şü­şə pi­və alıb iç­dim. Ge­cə sa­at­la­rı­na ki­mi hə­yət­də da­ya­nıb ar­va­dı­mı göz­lə­dim, gəl­mə­di­yi­ni gö­rüb evə get­dim.

Evə gec gəl­di­yim üçün qa­yı­na­nam Si­nə­xa­nım acıq­lı hal­da qa­pı­nı aça­raq yat­dı­ğı ota­ğa keç­di. Oğ­lum Fi­rud­in hə­min otaq­da olan di­van­da yat­mış­dı. Si­nə­xa­nı­mın te­le­fo­nu­nu gö­tü­rüb bir ne­çə də­fə ar­va­dı­ma zəng vur­dum. La­kin onun te­le­fo­nu­na zəng çat­ma­dı. Hə­min vaxt Si­nə­xa­nım uzan­dı­ğı çar­pa­yı­dan qal­xıb otur­du və mə­nə, "sən ki­şi de­yil­sən, ar­va­dın hə­lə də evə gəl­mə­yib, yax­şı ki­şi ol­san, ar­va­dı­nı iş­ləməyə qoy­maz­san", - de­di. Son­ra isə na­la­yiq sö­yüş­lər söy­dü.


"Ne­çə zər­bə vur­ma­ğı­mı xa­tır­la­mı­ram"


Sə­sə oğ­lum Fi­rud­in yu­xu­dan oyan­dı. Oğ­lu­mun qorxdu­ğu­nu gö­rüb onu baş­qa ota­ğa ke­çirtdim. Sinə­xa­nı­mın sö­yüş­lə­ri­nə son qoy­maq və onu qor­xut­maq üçün şkaf­dan bı­çaq gö­tü­rüb ye­ni­dən ota­ğa qa­yıt­dım. Ona ya­xın­la­şıb bı­çaq­la qa­rın na­hi­yə­sin­dən zər­bə en­dir­dim. Zər­bə­nin tə­si­rin­dən Si­nə­xa­nım ar­xa­sı üs­tə çar­pa­yı­ya yı­xıl­dı. Bı­çaq­la ona ye­ni­dən bir ne­çə zər­bə vur­dum. Am­ma əsə­bi ol­du­ğum üçün ne­çə zər­bə vur­ma­ğım ya­dı­ma gəl­mir.


"Onu öl­dür­mək yox, qor­xut­maq is­tə­yir­dim"


Əy­nim­də­ki pal­tar­lar qa­na bu­laş­dı­ğın­dan üst-ba­şı­mı də­yiş­dim. Əl-üzü­mü yu­yan vaxt bı­ça­ğı da yu­yub ha­ma­ma qoy­dum. Ha­mam­dan çı­xan­da oğ­lu­mun ya­taq ota­ğın­da çar­pa­yı­da otur­du­ğu­nu gör­düm. Oğ­lu­mu gö­tü­rüb mən­zil­dən çıx­maq is­tə­yir­dim ki, qa­pı dö­yül­dü. Oğ­lum qa­pı­nı aç­dı, ar­va­dım Sil­qa­mi içə­ri gir­di. Sil­qa­mi­dən ha­ra­da ol­du­ğu­nu so­ruş­dum. O, isə mə­nə ca­vab ver­mə­dən ana­sı­nın ha­ra­da ol­du­ğu­nu xə­bər al­dı. Əv­vəlcə ona ana­sı­nın Gül­naz­gil­də ol­du­ğu­nu de­dim. Am­ma mə­nə inan­ma­dı­ğı­nı gö­rüb Si­nə­xa­nı­mın yat­dı­ğı­nı bil­dir­dim. Sil­qa­mi ana­sı­nın ota­ğı­na keç­dik­də mən oğ­lum Fi­ru­di­ni gö­tü­rüb tə­lə­sik ev­dən çıx­dım. Bi­rin­ci mər­tə­bə­yə ça­tan­da Sil­qa­mi­nin qış­qı­rıq sə­si­ni eşit­dim. Ona gö­rə də da­ha sü­rət­lə qa­ça­raq yo­la çıx­dım. Tak­si­yə əy­lə­şib oğ­lum­la bir­gə əv­vəl­lər gö­zət­çi iş­lə­di­yim iş yol­daş­la­rı­mın ya­nı­na get­dim. Ha­di­sə ba­rə­də on­la­ra heç nə de­mə­dim. Ge­cə­ni ora­da ke­çir­dik. Sə­hər sa­at­la­rın­da oğ­lum­la bir­gə iş­lə­di­yim çay­xa­na­ya gəl­dim. Çay­xa­na­nın sa­hi­bi İl­kin və İsa qa­yı­na­na­mı öl­dür­dü­yü­mü mə­nə irad tut­du­lar. Bun­dan son­ra İsa bi­zi ma­şı­na otur­dub Gən­cə şə­hər Po­lis İda­rə­si­nə apar­dı. Po­lis İda­rə­sin­də baş ver­miş ha­di­sə­ni ol­du­ğu ki­mi po­lis əmək­daş­la­rı­na da­nış­dım.

Qa­yı­na­nam Si­nə­xa­nı­mı bı­çaq­la vur­maq­da məq­sə­dim onu öl­dür­mək de­yil, qor­xut­maq olub. Ha­zır­da tö­rət­di­yim ci­na­yət əmə­lin­dən peş­ma­nam".


"Anam Röv­şən­dən şüb­hə­lə­nir­di"


Zə­rər­çək­miş şəxs qis­min­də din­di­ri­lən Sil­qa­mi Qur­ba­no­va ifa­də­sin­də ana­sı Si­nə­xa­nı­mın özü­nə­məx­sus ev­də tək ya­şa­dı­ğı­nı gös­tə­rib: "2009-cu ilin sentyabr ayın­dan eti­ba­rən ərim və oğ­lum­la bir­lik­də ana­mın evi­nə köç­dük, ora­da ya­şa­ma­ğa baş­la­dıq. İlk vaxtlar anam­la Röv­şə­nin mü­na­si­bət­lə­ri yax­şı idi. 2010-cu il­də ana­mın 160 ma­na­tı oğur­lan­mış­dı və o, bu iş­də Röv­şən­dən şüb­hə­lə­nir­di. Röv­şən­sə pu­lu gö­tür­mə­di­yi­ni de­yir­di.



"Oğ­lu­mun üzün­də qor­xu his­si var idi"


Evi­mi­zin ya­xın­lı­ğın­da yer­lə­şən "Sö­yüd­lü" ye­mək­xa­na­sın­da aş­paz kö­mək­çi­si iş­lə­yi­rəm. İyu­nun 17-də ge­cə sa­at 24:00 ra­də­lə­rin­də iş yol­daş­la­rım Gül­naz və Rüs­təm­lə bir­lik­də iş­dən çı­xıb don­dur­ma ye­mə­yə get­dik. Sa­at təx­mi­nən 03:00 ra­də­lə­rin­də evə gəl­dim. Oğ­lum Fi­ru­din qa­pı­nı aç­dı. Əli ilə mə­nə "get bur­dan" de­di və qa­pı­nı örtdü. Ye­ni­dən qa­pı­nı döy­düm. Bu də­fə qa­pı açıl­dıq­da Fi­rudin­lə Röv­şə­nin dəh­liz­də da­yan­dıq­la­rı­nı gör­düm. Fi­ru­di­nin üzün­də qor­xu his­si var idi. Oğ­lu­mu elə gö­rən­də ana­ma nə­sə ol­du­ğun­dan şüb­hə­lən­dim və Röv­şən­dən ana­mın ha­ra­da ol­du­ğu­nu so­ruş­dum. Röv­şən mə­nə ana­mın Gül­naz­gil­də ol­du­ğu­nu de­di. Ona, "ya­lan de­yir­sən", - de­dik­də isə ana­mın yat­dı­ğı­nı söy­lə­di. Röv­şə­nin də tə­laş­lı ol­du­ğu­nu gö­rüb da­ha da şüb­hə­lən­dim. Ana­mın ota­ğı­na ke­çib işı­ğı yan­dır­dım. Yor­ğa­nı ana­mın üs­tün­dən gö­tü­rən­də göz­lə­ri­mə inan­ma­dım. Anam al-qan içə­ri­sin­də idi. Qış­qı­rıb otaq­dan çıx­dım. Hə­min vaxt oğ­lum­la ərim ev­də yox idi­lər. Az son­ra qon­şu­lar, da­ha son­ra hə­kim və po­lis iş­çi­lə­ri gəl­di­lər. Hə­kim ana­mı mü­a­yi­nə edib öl­dü­yü­nü de­di. Son­ra­dan oğ­lum Fi­ru­din mə­nə de­di ki, nə­nə­si ilə ata­sı mü­ba­hi­sə edib. Ona gö­rə də Röv­şən bı­çaq­la ana­mı vu­rub. Anam çar­pa­yı­ya yı­xı­la­raq qış­qır­ma­ğa baş­la­yıb. Röv­şən­ isə əl­lə­ri ilə onun ağ­zı­nı yu­mub, son­ra Fi­rud­i­ni otaq­dan çı­xa­rıb, ota­ğın qa­pı­sı­nı ar­xa­dan bağ­la­yıb. Anam Röv­şə­nə onu öl­dür­mə­məyi üçün yal­var­sa da, xey­ri ol­ma­yıb".


Ba­la­ca şa­hid


Şa­hid qis­min­də din­di­ri­lən Fi­ru­din Hə­sə­nov ifa­də­sin­də va­li­deynlə­ri ilə bir­lik­də 2009-cu il­də Ukray­na Respub­li­ka­sın­dan Gən­cə şə­hə­ri­nə gəl­dik­lə­ri­ni deyib sözlərinə əlavə etdi: "San­dı­ğın­dan pul gö­tü­rü­lən­dən son­ra nə­nəm hər gün ata­ma qar­ğış edir, atam­sa pul gö­tür­mə­di­yi­ni de­yir­di...

Ge­cə sa­at­la­rın­da nə­nəm­lə ata­mın sə­si­nə yu­xu­dan oyan­dım. On­la­rın mü­ba­hi­sə et­dik­lə­ri­ni gör­düm. Am­ma yu­xu­lu ol­du­ğum üçün nə de­dik­lə­ri­ni ba­şa düş­mə­dim. Atam get­mək is­tə­yən­də nə­nəm ona nə­sə de­di. Hə­min vaxt atam əlin­də olan bı­çaq­la nə­nə­min qar­nı­na zər­bə vur­du. Nə­nəm çar­pa­yı­nın üs­tü­nə yı­xıl­dı, qış­qır­ma­ğa baş­la­dı. Atam əli ilə onun ağ­zı­nı yum­du. Bun­dan son­ra atam mə­nə tə­rəf dö­nüb bax­dı. Yu­xu­dan oyan­dı­ğı­mı gö­rüb, "çıx get bur­dan, çıx get ya­taq otağına",- de­di. Mən otaq­dan çı­xan­da atam qa­pı­nı ar­xa­dan bağ­la­dı. Hə­min vaxt nə­nəm qış­qı­rır­dı. Bir az­dan son­ra nə­nə­min sə­si kə­sil­di.

Mən mət­bə­xə ke­çən za­man ha­ma­mın qa­pı­sı açıq idi. Ha­mam­da əl-üz yu­yu­lan yer­də ata­mın nənə­mi vur­du­ğu bı­ça­ğı gör­düm. Tez bı­ça­ğı gö­tü­rüb kres­lo­nun ör­tü­yü­nün al­tın­da giz­lət­dim. Sonra dəh­li­zə çıx­dım. Ana­mın çöl­dən qa­pı­nı aç­maq is­tə­di­yi­ni gör­düm. Qa­pı­nı açıb ana­ma əlim­lə işa­rə et­dim ki, çı­xıb get­sin. Örtmək is­tə­dik­də anam itə­lə­yib qa­pı­nı aç­dı və içə­ri keç­di. Hə­min vaxt atam nə­nə­min ota­ğın­dan çıx­mış­dı. Anam atam­dan nə­nə­min ha­ra­da ol­du­ğu­nu so­ruş­du. Atam da de­di ki, öz ota­ğın­da ya­tır. Anam nə­nə­min ota­ğı­na ke­çən ki­mi atam qo­lum­dan ya­pı­şıb mə­ni ev­dən çı­xartdı. Tak­si­yə əy­lə­şib ata­mın köh­nə iş ye­ri­nə get­dik".



Qeyd

Məh­kə­mə pro­se­si Ba­kı Ağır Ci­na­yət­lər Məh­kə­mə­si­nin ha­ki­mi Hə­sən Əli­ye­vin sədrli­yi ilə ke­çi­ri­lib. Məh­kə­mə­nin hök­mü ilə Röv­şən Hə­sə­nov cə­za­sı­nı cid­di re­jim­li cə­za­çək­mə mü­əs­si­sə­sin­də çək­mək­lə 13 il müd­də­ti­nə azad­lıq­dan məh­rum edi­lib.


Son söz əvəzi:

Deyirlər, qılınc yarası sağalar, söz yarası sağalmaz. Ancaq bəzən elə hallar olur ki, qılınc yarası da sağalmır. Odur ki, gəlin heç kimin qəlbini yaralamayaq.

İnarə Rafiqqızı