Moskva metrosunda məktəbli bandası müsəlmana bıçaqla hücum etdi

Moskva metrosunda məktəbli bandası müsəlmana bıçaqla hücum etdi

27 Oktyabr 2017 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva metrosunda futbol fanatları olan məktəblilərin heç bir səbəb olmadan bir müsəlmana hücum etməsi haqda xəbərlər yayıldı.

Moderator.az bu barədə "Meş" teleqram-kanalına istinadla yazır.

Olay "Tulskaya" metro stansiyasında baş verib. Yeniyetmələr, sadəcə, xarici görünüşünə görə Canqar adlı bir kalmıkı heç bir əsas olmadan döyməyə başlayıblar və onu ayağından bıçaqlayandan sonra qaçıblar. Polis məktəblilərdən birini yaxalayıb. Məlum olub ki, onlar döyüşçü klublarının üzvləri və futbol fanatları olub. Müsəlmanla qəddarcasına davranan yeniyetmələrin konkret olaraq hansısa islamofob ideologiyanın daşıyıcısı olub-olmaması haqda məlumat verilmir.

P.S. Videoda fotoları yayımlanan gənclərin geyimlərindəki əcaib rəmz və rəsmlər onların natsist-irqçi, yaxud satanist olması ehtimalını da yaradır...